Bu gün:

Elektrik stulu: cəza metodunun diş həkimi tərəfindən ixtirası


19-cu əsrin sonlarında hüquq sistemində ölüm cəzasının daha “insani” yollarla həyata keçirilməsi mövzusunda müxtəlif müzakirələr aparılırdı. Məhz bu dövrdə, ABŞ-ın Buffalo şəhərində yaşayan diş həkimi və ixtiraçı Alfred Southwick elektrik stulunu icad etdi.

Southwick həmçinin paroxod mühəndisi kimi də çalışmışdı və texnoloji biliklərini hüquq sistemində tətbiq etməyi qarşısına məqsəd qoymuşdu. Onun diqqətini çəkən hadisələrdən biri də bir şəxsin elektrik cərəyanı ilə təsadüfən ölümüdür. Bu hadisə, ona cərəyanın ölüm cəzasını tətbiq etmək üçün nisbətən ağrısız bir vasitə ola biləcəyini düşündürdü.

Southwick elektrik stulunun dizaynını hazırlayaraq, onu ilk dəfə 1890-cı ildə tətbiq olunan hüquqi ölüm cəzası vasitəsinə çevirdi. Bu cihazın əsas məqsədi asılma və ya güllələmə kimi üsullardan daha sürətli və az əzablı bir ölüm forması təmin etmək idi.

Elektrik stulunun ixtirası ilk dövrlərdə həm mübahisə, həm də maraqla qarşılandı. Bəzi insanlar onu irəliləyiş kimi qəbul etsələr də, digərləri bu metodun qeyri-etik və qeyri-insani olduğunu düşündü. Buna baxmayaraq, elektrik stulu 20-ci əsrin əksər hissəsində ABŞ-da ölüm cəzasının icrasında geniş istifadə edildi.

Bu icad həm Southwickin adını tarixə yazdırdı, həm də hüquq sistemində texnologiyanın təsirlərini müzakirəyə açdı. Elektrik stulunun istifadəsi bu gün bir çox ölkədə dayandırılsa da, onun tarixi və etik mübahisələri hələ də davam edir.

Mənbə: Savit.in
Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et