Bu gün:

Dünyanın ən səssiz otağı


Yalnız çox az adam bu otaqda bir saat qalmağa tab gətirə bilər. O da maksimum 1 saat. 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşən bu otağa girdikdən bir neçə dəqiqə sonra artıq öz ürək döyüntülərinizi eşitməyə başlayacaqsınız. Daha sonra öz sümüklərinizin səsini, hətta damarlarınızda axan qanı eşidə biləcəksiniz. 

Dizaynı 2 il çəkən otaq bütün digər kənar səsləri aradan qaldırıb öz bədəninizin bütün səslərini eşitməyinizə imkan verəcəkdir. Xarici aləmdən heç bir səs gəlməyincə sükut yavaş-yavaş qulaqlarınızda dözülməz bir cingiltiyə çevriləcək. Bu, çox güman ki, otaqda əks-səda olmaması səbəbindən tarazlığınızı itirməyinizə səbəb olacaqdır.

Altı qat beton və poladdan ibarət olan bu otaq nəfəs aldığınızda, hətta başınızı çevirdikdə belə səsləri eşitməyinizə şərait yaradır. Otaqda mütləq sükunət yaratmaq üçün onu binanın qalan hissəsindən və xarici dünyadan təcrid edən soğan kimi konstruksiyası var. 

Onu da qeyd etmək lazımdır ki, Microsoft belə xüsusi qapalı otaqlardan, adətən, bir çox mikrafon, qulaqlıq, cihazlardan gələn uğultları təhlil etmək üçün istifadə edir. 

Mənbə: Nypost, Ndtv

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et