Bu gün:

Azərbaycanda həkimlərə etibar


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki  qonağı Tibb üzrə ekspert Aydın Əliyevdir. O, Azərbaycanda həkimlərə etibar səviyyəsindən danışıb. 

-Azərbaycanda həkimlərə etibar hansı səviyyədədir?

İnsanların sağlamlığı onların yediyi qidadan, içdiyi sudan, yaşadığı yerin havasından asılıdır. Bu yaxınlarda televiziyada ekologiyanın çirklənmə dərəcəsinin 1,7 dəfə çox olduğu xəbərinin verilməsi və ya keyfiyyətsiz qidaların, dərmanların satılması və bunun nəticəsində də yaranan xəstəliklərin  müalicəsində həkimlərdən, hətta ən təcrübəli həkimlərdən belə 100% sağlamlıq gözləmək olmaz. Təbiətlə insan bir yerdə olduqda biz sağlam oluruq. Təbiət də sağlam olur, biz də.  Yer kürəsi üzərində tozluluq səviyyəsi artdıqca dəm qazıyla karbon, oksigen və digər ionlar birləşir və bunun nəticəsində də çökürlər. Hidrogen də oksigenlə birləşə bilmir və onların birləşə bilməməsi nəticəsində su yaranmır. Bunları deməyimin səbəbi budur ki, dediyim bu faktlar insanı xəstələndirir və bu qədər xəstəlik mühitində olan insanı həkimin sağaltması çox çətin məsələdir. Həkim iki şeyə cavabdehdir: Düzgün diaqnoz qoymaq və o diaqnozla hansı dərmanın qəbul ediləcəyini müəyyən etmək. Biz bu gün üniversitetdə tələbələrə nəinki bugünkü xəstəliklər, müalicələr, hətta bütün bunların sabah hansı istiqamətdə gedəcəyini də başa salırıq. Səhiyyəmizdə zəif həkimlərin olmadığı fikrini irəli sürmürəm, deməyə çalışdığım şey budur ki, güclü mütəxəssis olması üçün güclü şərait olmalıdır.   

Lumu Zülfüqarova



 

Paylaş
Şərh əlavə et