
"Fənərbaxça" şənbə günü "Bellona Kayserispor"la səfər matçının hazırlıqlarını davam etdirir. Baş məşqçi Joze Mourinyo meydana çıxacağı 11-liyə böyük ölçüdə aydınlıq gətirib.
Trendyol Super Liqasının 13-cü həftəsində "Fənərbaxça" səfərdə "Bellona Kayserispor"un qonağı olacaq. Sarı-göylü komanda hazırlıqlarını Samandıra Can Bartu Təsislərində davam etdirir.
Bu mövsüm səfərdə uduzmayan “Fənərbaxça” 6 səfər matçında 4 qələbə, 2 heç-heçə edib. Baş məşqçi Joze Mourinyo 11-ci yeri böyük ölçüdə təmizlənib.
Qapıda Dominik Livakoviç çıxış edəcək. Portuqaliyalı çalışdırıcının mərkəz müdafiə xəttinə Aleksandr Djiku və Rodriqo Bekaonu təyin edəcəyi gözlənilir. Müdafiənin sağında Osayi Samuel, solda isə Filip Kostiç çıxış edəcək.
Yarımmüdafiədə döyüş gücünü artırmağı planlaşdıran Mourinyo Sofyan Amrabat, Fred və Sebastyan Şimanskiyə şans verəcək. Sağ cinahda Duşan Tadiç, solda isə Allan Saint-Maximin yer alacaq. Yussef En-Nesirinin hücumçuda oynayacağı gözlənilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
