Bu gün:

Yalnız hiss etməyinizin səbəbi nədir?



Özünü tənha hiss etmək psixi sağlamlıq problemi olmasa da, ikisi bir-biri ilə sıx bağlıdır. Psixi sağlamlıq probleminin olması tənha hiss etmə şansınızı artıra bilər. Məsələn, bəzi insanlar müəyyən psixi sağlamlıq problemləri barədə yanlış təsəvvürlərə malik ola bilər. Ona görə də siz onlara problemləriniz haqqında danışmaqda çətinlik çəkə bilərsiniz.

Ya da siz sosial narahatlıq kimi tanınan sosial fobiya ilə qarşılaşa və digər insanların iştirak etdiyi gündəlik fəaliyyətlərlə məşğul olmaqda çətinlik çəkə bilərsiniz ki, bu da tənha hiss etməyinizə səbəb ola bilər. 

Özünü tənha hiss etmək psixi sağlamlığınıza mənfi təsir göstərə bilər, xüsusilə, bu hisslər uzun müddət davam edərsə. Bəzi tədqiqatlar təkliyin depressiya, narahatlıq, özünə hörmət etməmək, yuxu problemləri və stress də daxil olmaqla müəyyən psixi sağlamlıq problemləri riskinin artması ilə əlaqəli olduğunu göstərir.

Bəs yalnızlığa nə səbəb olur?

Yalnızlığın insandan insana dəyişən müxtəlif səbəbləri var. Bizi tənha hiss etdirən şeyin nə olduğunu həmişə başa düşə bilmirik. Bəzi insanlar üçün yaşadıqları şeylər onlara tənha hiss etdirə bilər. Bəzi insanlar sosial vəziyyətindən, dostlarının çoxluğundan asılı olmayaraq, daxildən gələn və yoxa çıxmayan dərin və daimi tənhalıq hissləri yaşayırlar. Bu cür təkliyi yaşamanın bir çox səbəbləri var. Özünüzü bəyənə bilməyəcəyinizi və ya başqaları tərəfindən bəyənilməyəcəyinizi hiss edə bilərsiniz və ya özünüzə inamınız olmaya bilər. 

Sizi tənha hiss etdirən şeylər haqqında düşünmək özünüzü daha yaxşı hiss etməyinizə kömək edə bilər.

Mənbə: Mind

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et