Bu gün:

Bu şəkillər sizi qorxudursa, deməli, fobiyanız var


Əgər bu fotolar sizi qorxudursa, sizdə meqalofobiya ola bilər. Dünyada hələ də tam müəyyən edilə bilməyən bir çox fobiya növləri var. Meqalofobiya onlardan biridir. Bu, böyük şeylərdən qorxmaq deməkdir. Meqalofobiyası olan insanlar nəhəng obyektlərin yanında olduqca stresli hiss edirlər.

Böyük obyektlərin yanında özünüzü narahat və ya pis hiss edirsinizsə, sizdə meqalofobiya ola bilər. Bəs meqalofobiya tam olaraq nədir?

Meqalofobiya böyük əşyalardan qorxmaq deməkdir. Bu tip fobiyası olan insanlar böyük heyvanların, strukturların və ya nəqliyyat vasitələrinin yanında olduqda stressli hiss edir, qorxurlar.

Meqalofobiya çox yayılmış bir vəziyyət deyil və dünya əhalisinin 3-15 faizi arasında baş verdiyi təxmin edilir.

Mütəxəssislər bu fobiyanın niyə baş verdiyini bilmirlər və bu, yaşından, cinsindən asılı olmayaraq hər kəsin başına gələ bilər.

Mövzu ilə bağlı çoxlu araşdırmalar olmadığı üçün mütəxəssislər tez-tez bunun keçmiş travma ilə bağlı ola biləcəyini irəli sürürlər.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova 

Paylaş
Şərh əlavə et