Bu gün:

Tortun üzərində yandırılan şamların tarixini bilirsinizmi?


Ad günlərində tort kəsmək və şam üfürmək tarixi qədim dövrlərə gedib çıxır. Ləzzətli tortlar və üfürülən şamlar istisnasız olaraq hər doğum gününün bir hissəsidir. Bu, əslində, əsrlər boyu davam edən bir ənənədir. Əsrlər əvvəl insanlar tortlar bişirir, şamları üfürürdülər, lakin səbəblər bizimkindən tamamilə fərqli idi.

Ad günü ləzzətli tortlar deməkdir. Ad günü şənliyi üçün mütləq olan tort kəsmə və şam üfürmənin tarixi keçmişi çox maraqlıdır! Əslində, biz çox köhnə adət-ənənələri, inancları bilmədən də yaşadırıq.

Əvvəlcə, istiqamətimizi Qədim Misirə çevirək. Qədim Misirdə ad günü şənlikləri yalnız krallar üçün nəzərdə tutulmuşdu, lakin zaman keçdikcə bu ənənə yunanlara da keçdi. Yunan mifologiyasında hər ayın altıncı günü Artemidaya sitayiş etmək üçün yanan şamlarla bəzədilmiş tort bişirilirdi.

Qədim dövrlərdə insanlar ad günlərində şər ruhların onlara baş çəkdiyini düşünür və onları qovmaq üçün şam yandırırdılar. Bu inanc 18-ci əsrdə almanlar arasında da geniş yayılmışdı. İnsan yeni yaşa çatanda şər ruhlardan qorunmaq üçün auditoriyaya bənzər bir yerə aparılırdı.

Tortun üzərində şam yandırmaqla bağlı başqa bir inanc isə belədir. Tortun üzərindəki şamlar ay işığını təmsil edirdi və arzuların səmalarda yaşadığına inanılırdı, diləklərin Allaha çatması üçün şamları üfürmək lazım idi. 

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova

Paylaş
Şərh əlavə et