Bu gün:

Gəmilərin pəncərələri niyə dairəvi olur?


Səyahət gəmilərinin kabin pəncərələri, adətən, yuvarlaq formada olur və xüsusi olaraq, bu şəkildə dizayn edilir. Bəs gəmilərin pəncərələri niyə belə hazırlanır? 

Ən möhkəm şüşə forması dairədir

Yəqin ki, gəmilərin pəncərələrinin dairəvi olduğunu görmüsünüz. Sərnişinlər keçmişdə inşa edilən gəmilərin gövdə hissəsində olduqları üçün dövrün texnologiyasına uyğun hazırlana biləcək ən möhkəm şüşə forması dairəvi idi.

Hər hansı bir materialda deşik açıldıqda, siz o materialı daha kövrək edirsiniz. Xüsusilə iti kənarlı, kvadrat və düzbucaqlı şüşələrin qırılma ehtimalı daha yüksəkdir.

Kvadrat pəncərələrdə gərginlik daha yüksəkdir

Tədqiqatlar göstərir ki, oval formalı yumşaq astarlı künclər və materialın davamlılığı kvadratdan daha güclüdür. Bu, gərginliyin konsentrasiyası ilə bağlıdır. Kvadrat formalı şüşələrdə qüvvə daha güclüdür.

Dairəvi pəncərələr təzyiqə davamlıdır

Gəmilər hərəkət edərkən yüksək təzyiq və çəkic qüvvələrinə davamlı olduqları üçün dairəvi pəncərə dizaynına üstünlük verilir. Müasir gəmilərdə şüşə texnologiyası inkişaf etdikcə oval və bucaqlı şüşələrə də üstünlük verilə bilər.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova 

Paylaş
Şərh əlavə et