Bu gün:

Kosmosda indiyə qədər aşkar edilmiş ən böyük partlayış kəşf edildi


Son bir neçə gündə elm və kosmos aləmində heyrətamiz hadisə baş verib. Alimlər kosmosda bu günə qədər baş vermiş ən böyük partlayışı kəşf etdiklərini açıqlayıblar.

Ötən günlərdə astronomik araşdırmalarını davam etdirən elm adamları çox təəccüblü bir hadisənin şahidi olublar. Kosmosda böyük bir enerji çatışmazlığını görən işçilər, tarixdəki ən böyük partlayışın indiyə qədər təsbit edildiyini açıqladı.

“AT2021lwx” adlı hadisənin Yerimizdən düz 8 milyard işıq ili uzaqlıqda olduğu və 3 ildir davam etdiyi bildirilir.



Sözügedən partlayışın məşhur fövqalədə nova partlayışlarından ən azı 10 qat daha şiddətli olduğu bildirilir. Qabaqcıl teleskop şəbəkələri tərəfindən izlənməyə davam edən AT2021lwx partlayışı üçün hələ razılaşdırılmış səbəb yoxdur.

Sauthempton Universitetində bu məsələ üzərində çalışan astronomlar hesab edirlər ki, hazırkı hadisə superkütləvi qara dəliyin şiddətlə təhrif etdiyi nəhəng qaz buludu nəticəsində başlayıb.

Tərcümə etdi: Amin Həsənli

Mənbə: Onedio

Paylaş
Şərh əlavə et