Bu gün:

Kədər 120 saat davam edir!


Motivation and Emotion jurnalında dərc olunan məqaləyə görə, emosiyalar yalnız müəyyən müddət ərzində fiziki və zehni olaraq güclü təsir bağışlayır. Yazıya görə iyrənclik, utanma, qorxu kimi hisslər 30-45 dəqiqə ərzində hiss olunur. Kədər 120 saat davam edir. Duyğuların insan orqanizminə necə təsir etdiyi ilə tanış olaq. 

Gün ərzində bir çox insanlar eyni vaxtda və ya müxtəlif vaxtlarda bir çox duyğular yaşaya bilər. Duyğularımız düşüncələrimizə və davranışlarımıza təsir edən ən mühüm vasitələrdən biridir. Motivation and Emotion jurnalında dərc olunan məqaləyə görə emosiyalar insanlara müəyyən müddət ərzində fiziki və əqli cəhətdən daha güclü təsir edir.

Ən uzun kədər davam edir 

Məqalədə deyilir ki, kədər ən uzun sürən və 120 saata qədər davam edən emosiyadır. Məyusluq, məmnunluq, narahatlıq və ümid 24 saat ərzində yox olur. Araşdırmalar keçici hisslərin necə olduğunu da ortaya çıxarıb.

Bu duyğular arasında ikrah və utanc 30 dəqiqə, qorxu 45 dəqiqə, təəccüb və qəzəb 2 saat, qürur və stress 3 saat, həvəs 6 saat çəkir.

Sevinc 35 saat davam edir 

Digər duyğular daha uzun sürür, o cümlədən paxıllıq 15 saat, məmnunluq, məyusluq, narahatlıq və ümid 24 saat, 35 saat sevinc, kin 60 saat.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova 

Paylaş
Şərh əlavə et