Bu gün:

Uşaqlarda həddindən artıq utancaqlığın səbəbləri


Bəzi uşaqlar yeni bir mühitə düşdükləri və ya tanımadıqları insanlar arasında tək olduqları üçün çox narahatlıq  keçirirlər. Psixologiyada bu vəziyyətə “sosial narahatlıq” deyilir. 

Sosial narahatlığı olan uşaqlarda utancaqlıqdan kənara çıxan həddindən artıq narahatlıq hissi müşahidə olunur. Bu baxımdan, xüsusilə, sosial mediada yöndəmsiz bir vəziyyətə düşməkdən və ya mühakimə olunmaqdan çox qorxurlar.

Həddindən artıq utancaq və həddindən artıq qorxaq bir uşağın ağlına gələn şey öz dəyərsizliyi haqqında düşüncələrdir, məsələn: “məni lağa qoysalar, məni qovsalar və ya oyunlarına qəbul etməsələr”. Bu düşüncələr sosial mühitlərdə və vəziyyətlərdə daha da güclənir və uşaq narahatlığına görə qaçınma davranışları göstərərək çox narahatlıq keçirir. Beləliklə, onlayn dərslər zamanı kameranı yandırmaqdan çəkinən, baqqal mağazasında səhv bir məhsul alarkən kassirə söyləməkdə çətinlik çəkən və lövhədə onlara təqdim olunan təqdimatı təqdim edərkən qan tər içində qalan bir uşağınız varsa, uşağınızda “sosial narahatlıq pozğunluğu” ola bilər.

Mənim də sosial narahatlıq keçirən bir uşağım var deyirsinizsə, bunun üçün edə biləcəyiniz ən təsirli yanaşmanız uşağınızı tez – tez sosial şərtlərə məruz qoymaq və qorxduğu şeylərlə qarşılaşdırmaqdır, ancaq bunu birdən deyil, tədricən edin. Əvvəlcə uşağınıza kiçik vəzifələr qoyun, daha tez-tez parka, bağçaya aparın, dost olun, baqqal mağazasında çörək alın, ofisiantdan sizə salfetlər verməsini xahiş edin. Beləliklə, uşağınızla daha çox ünsiyyət qurun ki, ünsiyyətdən qorxmasın, əksinə, özünü qavramasını artırsın. Ancaq hər şeydən əvvəl uşağınızın özünəinamını inkişaf etdirə bilməsi üçün övladınızı öz narahatlıqlarınızdan qorumalısınız.

Mənbə: Cnn Türk

Tərcümə etdi: Aysu Əsədova


 



 

Paylaş
Şərh əlavə et