
"Formula 1"də mövsümün sonu yaxınlaşdıqca bütün diqqətlər ikinci dəfə çətin yarışa ev sahibliyi edəcək Las-Veqasdadır.
Noyabrın 24-də keçiriləcək mövsümün 22-ci mərhələsinə şəhərdə hazırlıqlar davam edir. Yarış 6 kilometrlik küçə trekində 50 dövrədən çox davam edəcək.
Yarış həvəskarları Red Bull pilotu Maks Verstappenin Las Veqas Qran Prisində dördüncü Formula 1 Çempionatına iddialı olacağını gözləyirlər.
Sürücülərin təsnifatında lider olan Verstappenin 393 xalı var. Onun izləyicisi McLaren pilotu Lando Norris liderdən 62 xal geri qalıb.
Verstappenin Las-Veqasda çempionluğa iddialı olma ehtimalı olsa da, Norris çempionluq şansını son iki yarışa qədər artıra bilər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
