Bu gün:

Paulo Coelho-dan həvəsləndirici 15 sitat


Paulo Coelho tərəfindən yazılmış, həyatını qızıl tapmağa həsr edən Kimyagərin hekayəsində özümüzdən bir parça tapa bilərik. Onun təslim olmamaq üçün atdığı addımlar bizim üçün həm yol göstərici, həm də ilham mənbəyi olmuşdur. Ədəbiyyat aləmində də ad çıxarmış Paulo Coekhonun bu romanından öyrənə biləcəyimiz çox şey var.

1) Mən də hamı kimiyəm. Dünyanın reallıqlarına olduğu kimi yox, olmasını istədiyim kimi baxıram.

2) Kim olursan ol, nə edirsən et, həqiqətən, bir şeyi bütün qəlbinlə istəyəndə bu arzu kainatın ruhunda baş verir. Bu, Yer üzündəki xüsusi missiyanızdır.

3) Heç kim bilinməzdən qorxmamalıdır, çünki hər kəs istədiyi və ehtiyac duyduğu şeyi ələ keçirə bilər.

4) Həqiqətən, bir şey istədiyiniz zaman bütün kainat sizin istəyinizi həyata keçirmək üçün bir olur.

5) Öz ürəyinizə qulaq asın. Ürəyiniz hər şeyi bilir, çünki o, kainatın ruhundan gəlir və bir gün ora qayıdacaq.

6) Əgər hələ də olmayan bir şeyi vəd edərək getsəniz, onu əldə etmək istəyini itirirsiniz.

7) Mən nə keçmişdə, nə də gələcəkdə yaşayıram. Məndə yalnız indi var və məni yalnız indi maraqlandırır. Hər zaman indiki zamanda yaşaya bilsəniz, xoşbəxt insan olacaqsınız.

8) Arzularımı həyata keçirməkdən qorxuram, çünki o zaman yaşamaq üçün heç bir səbəb olmayacaq.

9) Çobanlar da, dənizçilər və səyyar satıcılar kimi, onları Yer üzündə mənasız gəzməkdən vazkeçdirəcək birinin yaşadığı şəhərə gedə biləcəklərini bilirdi.

10) Bizi görmək istədikləri kimi olmasaq, məmnun olmayacaqlar, sıxılacaqlar. Çünki hər kəs bizim necə yaşamalı olduğumuzu bildiyini sanır, buna inanır.

11) Həyatımızın müəyyən anında həyatımıza nəzarəti itiririk və nəticədə, həyatımızın idarəsi taleyin əlinə keçir. Bu, dünyanın ən böyük yalanıdır.

12) Qoyunlar kitabdan daha çox ibrətamizdir.

13) Hər şey bir və eyni şeydir.

14) İnsan küləyin azadlığını qısqandı və onun kimi ola biləcəyini başa düşdü. Özündən başqa heç nə buna maneə olmurdu.

15) Bir şeyə qərar vermək başlanğıcdan başqa bir şey deyil. İnsan bir şeyə qərar verəndə heç vaxt görmədiyi, xəyalına belə gətirmədiyi bir istiqamətə güclü bir axınla gedir.

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et