
Son vaxtlara qədər elmi və tibbi məqsədlər üçün istifadə edilən polad, əsasən Birinci Dünya Müharibəsinin batmış döyüş gəmilərindən əldə edilirdi.
Məlumdur ki, 1945-ci ildən sonra dünya üzrə bir neçə min atom bombası sınaqdan keçirilib, nəticədə radiasiya fonu hər yerdə əhəmiyyətli dərəcədə artıb.
Radioaktiv hissəciklərlə çirklənməmiş metal tapmaq çətinləşdiyindən, 1945-ci ildən əvvəl batmış hərbi gəmilər radiasiyaya məruz qalmamış və nisbətən təmiz polad mənbəyi kimi qiymətləndirilir.
Bu səbəbdən həmin gəmilər “təmiz” polad əldə etmək məqsədilə əridilir.
Mənbə: The Historic Dockham Chatyard
Tərcümə: Səid Quliyev
