Paris üslubu haqqında nə bilirsiniz? Klassik və dəbli obrazı ələ almağın maraqlı üsullarından biri olan parizyen əslində birbaşa “Paris stili” mənasını verir. Bu ifadə dekorasiya və dizayn kimi sahələrdə istifadə olunsa da, ümumiyyətlə, moda sənayesində daha çox yer tapmışdır. Keyfiyyətli əsas parçalardan istifadə və bir neçə aksesuar seçmək məntiqi üzərində qurulan paris üslubu parisli qadınların zərifliyini təsvir edir.
Paris üslubu modanın paytaxtı sayılan Parisin mehlərini hiss edə biləcəyiniz üslubdur. Moda sənayesinin məşhur konseptlərindən birinə çevrilən parizyen düzgün tətbiq olunarsa, hətta sadə və təbii görünüşünüzü də son dərəcə qəşəng edir. Fransız məktəbinin, xüsusən də, Parisli qadınların formalaşdırdığı Paris üslubu demək olar ki, həyat tərzi ilə əlaqələndirilir. Çünki parizyen düzgün tətbiq olunduqda insanın həyatına toxunur. Bəs Paris qadınları dünyaca məşhur zərifliklərini necə ələ keçirdilər? Etibarlı imiclərini hansı hissələrə borcludurlar?
Paris üslubuna ümumi baxış

Paris üslubunda ön plana çıxan üç əsas element var: Sadəlik, rahatlıq, təbiilik. Gün ərzində sizi rahat edəcək parçaların keyfiyyətini ifadə edən bu üslubda dərin dekolte və ya həddindən artıq aksesuar yoxdur. Stilin tamamlayıcısı kimi görünən makiyaj belə bu üslubda çox önəmli deyil. Bu nöqtədə təbiilik itirilməsi arzuolunmaz xüsusiyyətlər arasındadır. Paris üslubunda qeyd olunan təbiilik saçlarda da özünü tapır. Xüsusilə, birbaşa salondan gələn müəyyən modellər bu üslubda özlərinə yer tapa bilmirlər.
Xarici görünüşü tamamlayan geyim və aksessuarlar Paris məktəbində çox önəmlidir. Amma qeyd olunan üslubun bütünlüklə geyimlə bağlı olduğunu söyləmək düzgün olmazdı. Təbiiliyin və sadəliyin hökm sürdüyü bu üslubda insanın bəzi davranışları da üslubunuzu tamamlamaqda son dərəcə əhəmiyyətlidir. Geyim və aksesuarların harmoniyasından çox davranış və həyata baxış kimi qəbul edilə bilən Paris üslubu bəziləri tərəfindən zəhmətsiz zəriflik olaraq təyin olunur. Xüsusilə, mübaliğəsiz minimal parçalara üstünlük verilməsi nəticənin həmişə yüksək keyfiyyətli təsviri nümayiş etdirməsini təmin edir.
Zəhmətsiz zəriflik nə deməkdir?

Saatlarla hazırlanmadan qəşəng bir görünüşə sahib olmaq Paris üslubunun əsas elementlərindəndir. Yüngül makiyaj, təbii və baxımlı saçlar, bir-biri ilə harmoniya yaradan sadə və rahat geyim... Bu vacib detallar Paris məktəbini heç bir çətinlik çəkmədən eleqant edən əsas elementlərdir. Amma, bütün bunların əhəmiyyətini üstələyən bir məqam var: Davranışda zadəganlıq.
Əgər Paris məktəbini öz həyatınızın hər anına tətbiq etməyi bacarsanız, keyfiyyətli görüntü nümayiş etdirməkdə heç bir problem yaşamayacağınıza əmin ola bilərsiniz. Deyilənlərə görə, parisli bir qadının hazırlanmaq üçün çox vaxta ehtiyacı yoxdur. Çünki onun şkafında bir çox fərqli paltarla istifadə edilə bilən əsas parçalar var. Bu əsas parçalarda uyğun və dəbdəbəli olmayan seçimlər Paris qadınlarına tez hazırlaşmağa imkan verir.
Fransız qadınları mükəmməl görünməyə çalışmasalar da, sadəliyi və təbiiliyi ilə birləşən nəcibliyi sayəsində bu məktəbin bütün dünyaya yayılmasını təmin edəcək qədər dəbli görünürlər. Bədən formasına uyğun bir neçə şalvar, istənilən rəngə uyğunlaşa bilən sadə köynəklər, rahat və dəbli ayaqqabılar Paris üslubunun əsas elementləridir. Bu sadə görünüşü bir qədər canlandırmaq üçün makiyaj və zinət əşyalarına üstünlük verilsə də, hər ikisinin heç vaxt şişirdilmədiyi məlumdur.
Makiyaj ediləcəksə, yalnız qırmızı pomadanın ön planda olduğu, aksesuarlara üstünlük veriləcəksə, hərəkət əlavə etmək üçün bir və ya iki seçimin edildiyi bu üslub zəriflik tələb edir. Paris üslubunu düzgün tətbiq edən qadınlar zəriflik və zərifliyin çox səylə deyil, kifayət qədər qayğı ilə əldə oluna biləcəyinə inanırlar.
Paris üslubu yaratmaq istəyən qadınlara məsləhət

Parisli qadınların əfsanəvi zərifliyini həyat fəlsəfəniz olaraq təyin etmək istəyirsinizsə, diqqət yetirməli olduğunuz bəzi amillərin olduğunu artıq qeyd etmişdik. Təbii və sadə görünüşün üstünlük təşkil edəcəyi Paris üslubunda böyük və şişirdilmiş hər bir detaldan qaçmaq lazımdır. Zərifliyinizi tamamlayacaq aksessuarın göz oxşamasını istəyirsinizsə belə bunu ölçülü və balanslı şəkildə etməlisiniz.
Yaxşı, Paris üslubu yaratmaq istəyənlərdənsinizsə, şkafınıza hansı parçaları daxil etməlisiniz?
Paris üslubunun vazkeçilməz hissələrindən olan düz rəngli və ya düz zolaqlı köynəklər
Bədən quruluşunuza uyğun şalvar növləri
Sadəliyin ön planda olduğu düz rəngli və ya sadə kəsikli paltarlar və ətəklər
Kiçik və göz oxşayan naxışlı bluzlar
Zərifliyi tamamlayacaq zərif papaqlar
Sadəliyin lütflə yoğrulmasına imkan verəcək ipək eşarplar
İdman ayaqqabıları, sandaletlər və alçaq daban ayaqqabılar
Kiçik və zərif sırğalar
Paris üslubunda yuxarıda sadalanan bütün parçaları qiymətləndirmək üçün nəzərə alınmalı bir çox element var. Bir sözlə, sadalanan bütün geyim və aksesuarların qarderobunuzda olması və Paris üslubuna sahib olmanız bəzi vacib detallardan asılıdır. İstifadə etdiyiniz hər bir paltar və parça bədəninizə uyğun kəsikdə olmalıdır.
Bu üslubda düz xəttdən uzaqlaşmayan bir şəkil göstərməyiniz son dərəcə vacibdir. Hər bir parça bütöv olanda ahəngdar bir obraz yaranmalıdır. Saçlar şişirdilmədən uzaq təbii görünüşə sahib olmalıdır. Dırnaqlar sadə və təmiz görüntüyə uyğun olaraq baxımlı və mübaliğədən uzaq olmalıdır. İstifadə olunan hər bir parça son dərəcə təmiz bir görünüşə sahib olmalı və keyfiyyətli duruş xətti hər tərəfdən qorunmalıdır. Ayaqqabılar gedişinizi pozacaq formada olmamalıdır.
Unudulmamalıdır ki, Paris üslubunun ən böyük təyinedicilərindən biri özünə güvənən duruşdur. Bütün bu detallara diqqət yetirməklə yanaşı, zərif hərəkətlərinizlə zərifliyinizi tamamlamağı bacardığınız zaman Paris üslubu az qala sizin üçün həyat tərzinə çevriləcək. Beləcə həm imicinizin zərifliyi ilə yadda qalacaq, həm də üslubunuzla diqqətdə qala biləcəksiniz.
Mənbə: ceotudent.com
Tərcümə etdi: Fidan Abdullayeva
