
1966-cı ildə Yorkshire sakini David Weston, ev işlərini asanlaşdırmaq üçün Tinker adlı robotu təqdim edib. Tinker paltar yumaq, bağçanı otlamaq, körpələri gəzdirmək və alış-verişdə sahibinə yoldaşlıq etmək kimi funksiyalara sahib olub. Ancaq əsas məhdudiyyəti vardı: Tinker yalnız Westonun qarajından 200 metr radiusda işləyə bilirdi və xüsusi idarəetmə paneli vasitəsilə Weston tərəfindən idarə olunurdu.
Tinkeri dövrünün digər robotlarından fərqləndirən ən vacib xüsusiyyətlərdən biri, onun 120 elektron mühərrik, böyüdücü funksiyası olan kamera və 29 siqnal qəbul kanalı ilə təchiz edilməsi idi. Qarajın damında yerləşdirilmiş kamera, Tinkerin hərəkətlərini izləyərək onun tapşırıqlarını düzgün yerinə yetirməsini təmin edirib.
Bütün potensialına baxmayaraq Tinkerin hekayəsi uğursuzluqla nəticələnib. 1974-cü ildə Weston, evində yer olmadığı üçün robotu ailə dostu Brian-a verdi. Brian, o dövrdə artıq radio avadanlığı satışı ilə məşğul olan Leeds Radiosu mağazasının sahibiydi. Təəssüf ki, Tinker də mağazadan keçən əksər avadanlıqlar kimi ehtiyat hissələri üçün sökülüb satıldı.
Mənbə: Buzzfeed
Tərcümə etdi: Mina Yadigarlı
