Bu gün:

Dişlərinizi fırçaladıqdan sonra niyə acı dad alırıq?


Dişlərinizi fırçaladıqdan sonra yediyiniz yeməklər və içdiyiniz içkilərin acı olduğunun fərqinə varmısınız. Bəs görəsən bunun səbəb nədir?

Amerika Kimya Cəmiyyəti portağal suyunun (və ümumiyyətlə, yeməyin) dişlərinizi fırçaladıqdan sonra niyə sabun dadı kimi acı olduğunu aydınlaşdırıb. Buna səbəb diş pastanızda olan natrium lauril sulfat adlı yuyucu vasitədir. Sözügedən yuyucu vasitə dilinizdəki şirin reseptorlarının fəaliyyətinə maneə törədir və acı reseptorlarını işə salır. Beləliklə, yediyimiz yeməklər və içdiyimiz içkilərin dadı acı olur. Kimyaçılardan növbəti gözləntimiz dişlərimizi fırçaladıqdan sonra içdiyimiz suyun niyə daha soyuq gəldiyini araşdırmalarıdır.

Mənbə: Popsci

Tərcümə etdi: Nahid Xəlilov


Paylaş
Şərh əlavə et