Bu gün:

Bunu kök adlandırmayın: Alimlər piylənməyə yeni ad təklif edirlər


Bunu kök adlandırmayın: Alimlər piylənməyə yeni ad təklif edirlər

İrlandiya alimləri deyirlər ki, artıq çəkidən əziyyət çəkən insanlar üçün “yağ” sözünün işlədilməməsi, “piylənmə” termininin isə “xroniki iştah pozğunluğu” adlandırılması lazımdır.

Piylənmənin irsi bir xəstəlik olduğunu əks etdirmək üçün adının dəyişdirilməsi lazım olduğunu deyən mütəxəssislər, simptomları olan insanları müalicə axtarmağa təşviq etmək üçün “xroniki iştah pozğunluğu” ifadəsindən istifadə etməyi təklif edirlər.

Alimlər piylənmə riskini artıran yüzlərlə gen aşkar edərək, piylənmənin xəstəlik kimi təsnif edilməsinin lazım olduğu iddiasını gücləndirdilər. Bu genlərdəki mutasiyaların beynin iştahı tənzimləyən hissələrində dəyişikliklərə səbəb olduğu, bəzilərinin isə həddindən artıq yeməyə və kökəlməsinə səbəb olduğu düşünülür.

İrlandiya Universitet Kolleci Cork İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları, bunu əks etdirmək üçün piylənmənin yenidən təsnifləşdirilməsinin iştahı azaldan arıqlama həbləri kimi müalicələrə ən çox ehtiyacı olanlar üçün yol açacağını təklif edirlər.

Beyinləri davamlı  “Acıq” deyir

Dr. Marqaret Stil, piylənmənin irsi bir xəstəlik olduğunu müdafiə edərək, “O insanlar daim ac olduqlarına dair siqnallar alırlar və həmişə fiziki aclıq hiss edirlər. Bu siqnallara həddindən artıq yeməklə də cavab verə bilərlər”,- dedi.

Bunun baş verməməsi üçün bir növ tibbi yardım almaları lazım olduğunu söyləyən Dr. Still "Əvəzində iştahı tənzimləyə bilməyən fizioloji problemləri olanlara bu xəstəlik diaqnozu qoyulmalı və piylənməyə alternativ ad verilməlidir",- dedi.

Piylənmənin xəstəlik kimi təsnif edilib-edilməməsi ilə bağlı mübahisələr onilliklərdir ki, davam edir, Ümumdünya Səhiyyə Təşkilatı 1936-cı ildən bəri piylənməni "artıq bədən piyi olan bir insanı təsvir etmək üçün istifadə olunan termin" kimi təsnif edir.

Mənbə: Sözcü

Tərcümə etdi: Əli Mehdili

Paylaş
Şərh əlavə et