Bu gün:

Gecə yatmağa kömək edəcək üsul


Yuxu mütəxəssisi yuxuya getməkdə çətinlik çəkən insanların tətbiq edə biləcəyi son dərəcə sadə və təsirli üsulları paylaşıb. Əgər yuxu problemi yaşayan birisinizsə, yəqin ki, işıqsız otaqda yatmaq və ya yatmazdan əvvəl ağır yeməklərdən qaçınmaq kimi üsulları sınamısınız. Ancaq nevroloq və yuxu mütəxəssisi Dr. Chris Winter deyir ki, insanların çoxunun gözdən qaçırdığı çox vacib bir şey var: yataq otağınızın istiliyi. Dr. Winter deyir ki, otağınızı gecələr sərin saxlamaq “böyük fərq yaradır”.


Yuxu Fondu bədənin daha tez yuxuya getməsinə kömək etmək üçün yataq otağınızı 15-20 dərəcə selsi arasında saxlamağı tövsiyə edir. Müqayisə üçün qeyd edək ki, evdə orta temperatur, adətən, 24-27 dərəcə selsi arasında olur.

Bədən öz ehtiyacını görür

Səhər oyanıb ayaqlarınızın yorğan altından çıxdığını görsəniz, bunun səbəbi bədəninizin təbii olaraq temperaturu tənzimləməyə çalışmasıdır.

Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzlərinin rəqəmlərinə görə, amerikalıların təxminən üçdə biri gecə ən azı yeddi saat kifayət qədər yuxu almır. Yuxu çatışmazlığı davamlı olaraq ürək xəstəliyi, böyrək xəstəliyi, yüksək qan təzyiqi, diabet, insult, piylənmə və depressiya kimi xroniki sağlamlıq problemləri ilə əlaqələndirilir. Yataq otağınızın temperaturunu azaltmaq bu riskləri azaltmağa kömək edə bilər.

Dr. Winter,-"Düşünürəm ki, iş və ya yaşayış mühitini gündüz nisbətən isti, gecə isə daha sərin saxlasa, bir çox insan təəccüblənəcək. Bu, böyük fərq yaradır",-dedi Winter.

Mənbə: Sözcü

Tərcümə etdi: Xədicə Cabbarlı


Paylaş
Şərh əlavə et