Bu gün:

Hamının sevdiyi popkorn ilk dəfə harda yaranıb?


Hindlilərin zinət əşyaları olan popkornun maraqlı səyahəti sizi təəccübləndirə bilər. Araşdırmalara görə, il ərzində adambaşına, orta hesabla, 50 litr popkorn istifadə edilir. Bu ləzzətli qidanın tarixdən bəri tez-tez istifadə edilməsini nəzərə alsaq, bu göstərici sizə çox görünə bilər. Böyük Britaniyada çips ən məşhur qəlyanaltı olsa da, son beş ildə popkorn satışı 169% artıb.

Popkorn dünyanın ən qədim qidalarından biridir. Məlumdur ki, bu dadlı qida Amerika qitəsində qədim dövrlərə gedib çıxır və Avropaya sonralar gəlib. Arxeoloqlar ABŞ-ın cənub-qərbindəki çoxsaylı mağaralarda qarğıdalı toxumları aşkar ediblər.

Qarğıdalının becərildiyi ilk yer Amerika qitəsidir və onun tarixi 7 min il əvvələ gedib çıxır. Popkorndan İnka və Peru sivilizasiyalarında həm yemək, həm də bəzək üçün istifadə edildiyi məlumdur.

Qarğıdalı 500 il əvvəl kəşfiyyatçı Kristofer Kolumbun Amerika qitəsini kəşf etməsindən sonra dünyaya yayıldı. Qarğıdalı Amerikadan Avropaya, oradan da Asiyaya gətirilən bir bitki idi. İspaniyadan, Cənubi Fransadan, İtaliyadan qarğıdalı Şərqi Aralıq dənizinə yayıldı. 1520-30-cu illərdə Suriya, Livan və Misirdə qarğıdalı becərilməsi başlandı. Ensiklopediya müəllifi Ruellus 1540-cı ildə yazırdı: “Qarğıdalını Fransadan əcdadlarımız Farsdan gətiriblər”. Alman səyyahının dediyinə görə, Fərat düzənlikləri qarğıdalı tarlaları ilə örtülmüşdü.

Sonrakı əsrdə Balkanlara yayıldı və 1650-ci ildə Şerban Kantakozin tərəfindən Rumıniyaya gətirildi. 1639-cu ildə İspaniyadan Tuluzaya daxil oldu. Fransada 1700-cü illərdə, Avropada isə 1800-cü illərdə geniş yayılmışdır.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova 

Paylaş
Şərh əlavə et