Bu gün:

Maşına minən kimi kondisioneri işə salmayın!


Əksər insanlar maşına minən kimi kondisioneri işə salır. Lakin kondisioneri dərhal işə salmaq son dərəcə təhlükəlidir.

Maşının pəncərələri bağlı halda günəş altında uzun müddət gözlədiyi üçün onun üzərində xərçəngə səbəb olan "benzol" toplanır.

Maşına minən kimi pəncərələri açmaq lazımdır

Buna görə də, yay və qışdan asılı olmayaraq, avtomobildə oturduğunuz zaman pəncərələri açın və havalandırın, sonra kondisioneri işə salın. Avtomobildə pis qoxu olmasa belə, bunu edin. 

Yayda daha çox müşahidə edilir

Bəzi araşdırmalarda avtomobildə yığılan benzolun miqdarının çox az olduğu üçün təhlükəli olmadığı deyilir. Lakin təhlükəli zəhərli qaz olan, benzol, ümumiyyətlə yay aylarında daha çox olur.

Plastik hissələr səbəbindən baş verir

Bu komponent avtomobilin içərisindəki plastik hissələrə görə yığılır və insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Benzol sümükləri zəhərləmək, böyrəklərə və qaraciyərə ciddi ziyan vurmaq potensialına malikdir. Həmçinin ağ qan hüceyrələrini azaldır, anemiyaya səbəb olur.

Mənbə: Habertürk

Tərcümə: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et