Muzeydən məscidə çevrilən Ayasofyanın dağıdılması davam edir. İddiaya görə, ağır tonajlı platformanın təmizlənməyə gətirilməsi nəticəsində tarixi mərmərlər qırılıb.
İbadət üçün açıldığı gündən qapıları sındırılan, divarları soyularaq çuvallara qoyulan Ayasofyada dağıntılar davam edir.
Tur bələdçisi Özlem Kabasakal tarixi mərmərlərin ağır tonajlı platforma ilə qırıldığını iddia etdi.
Sena Tufanın verdiyi məlumata görə, məscidin girişindəki muzey dövründən qalan və Ayasofya məscidə çevrildikdən sonra istifadə olunmayan rentgen cihazlarının təxminən bir müddətdir aktiv olduğu öyrənilib.
Ziyarətçilərə açıq başların və qısa paltarlarını örtmələri üçün xəbərdarlıq edilir və bunun üçün onları satış məntəqələrinə yönləndirirlər.
"Ayasofya muzey olanda böyük hörməti var idi”
İdarəçilər içəridəki izdihamı idarə etmək üçün giriş qapısının vaxtaşırı bağlandığını söylədi. Ayasofyadakı Humayun yolunda və hazırda məscidin çıxış qapısında olan əvvəllər qırılan mərmərlərin bəzilərinin qırıldığı aydın olur. Kabasakalın iddiasına görə, təmizlik üçün içəriyə qayçı platforması gətirilib. Nəticədə bir çox yerdə tarixi mərmərlər qırılıb. Kabasakal,-"Bu tarixi bina çox ziyan görüb. Ayasofya muzey olduğu zaman böyük hörmətlə ziyarət edilirdi. İndi yarmarka kimi olub",- dedi.
Mənbə: onedio.com
Tərcümə etdi: Namiq Atamalıyev