Bu gün:

Cins şalvarların ömrünü necə uzatmaq olar?


Hər kəsin qarderobunda olan cins şalvarların düzgün saxlanması onların istifadə müddətini uzadır. Cins şalvarlara qulluq etməyin müxtəlif fəndləri var.

Cins şalvarımı paltaryuyan maşında hansı dərəcədə yumalıyam?

İdeal temperatur 40ºC-dir. Cinsləri tünd və açıq geyimlərlə birlikdə yumamağa diqqət etsəniz, rənglərini uzun müddət qoruya bilərsiniz.

Cins şalvarları yuyarkən   yumuşaldıcıdan istifadə etmək doğrudur?

Etiketdə tövsiyə olunan yumşaldıcıdan istifadə etməyin heç bir zərəri yoxdur. Beləliklə cins şalvarınızdan xoş ətir yayılacaq.

Köhnə cinslərin rəngi çox solğun görünür. Bu zaman nə etmək olar?

Köhnəni yenisi ilə birlikdə paltaryuyan maşında yusanız, rəngini bir az canlandıra bilərsiniz.

Mən cins şalvarımın bir az dar olmasını istəyirəm. Bunu dərziyə getmədən necə edim?

Şalvarı 95ºC-də yuyub bir az da kiçildə bilərsiniz. Ancaq nəzərə almalısınız ki, bu üsul onun rənginə zərər verə bilər.

Alış-veriş zamanı nələrə diqqət etməliyəm?

1. Cins şalvarı geyinən zaman rahat oturmağınızdan əmin olun. Rahat otura bilməyəcəyiniz şalvar yaxşı seçim deyil.

2. Əllərinizi şalvarın yan ciblərinə qoyaraq dərinliyi yoxlayın. Ön ciblər bir az dayaz olmalıdır.

3. Kəmərlərdən istifadə etməyi sevirsinizsə, alış-veriş edərkən sevimli kəmərinizi özünüzlə götürməyiniz yaxşı olar. Bütün şalvarların kəmər yerləri standart ölçüdə deyil. Unutmayın ki, boş kəsiklər sizi daha kök göstərəcək, uzun ayaq uzunluqları isə sizi daha uzun göstərəcək.

4. Geyim kabinəsinə gedəndə özünüzlə müxtəlif modelləri götürün ki, müqayisə edə biləsiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş