Bu gün:

Qaragilənin faydaları


Sağlam həyat vərdişlərinin həyatımızda yeri hər gün genişlənərkən, keçmişdə dəfələrlə faydası üçün yeyilən, lakin indi unudulan qidaları xatırlayırıq. Gün ərzində bu qidalardan biri qəbul edilsə belə, orqanizmi tamamilə təmizləyir.

Tərkibindəki sağlam komponentlər sayəsində qaragilə insan sağlamlığı üçün çox faydalı qidadır. Tərkibində yüksək miqdarda antioksidant olan qaragilədən müntəzəm istifadə bəzi faydaları təmin edir:

Toksinlərdən təmizləyir: Qaragilə özündə yüksək miqdarda antioksidant qidadır. Bu sayədə orqanizmdəki toksinlərin atılmasını təmin edən qaragilə orqanizmin yenilənməsini təmin edir. İmmuniteti gücləndirir və bədəndən zərərli sərbəst radikalları çıxarır. Bu sayədə xərçəng kimi sistemik xəstəliklərin inkişaf riskini azaldır.

Ürək üçün faydalıdır: Qaragilə iltihab əleyhinə qidadır. Ürək sağlamlığını qoruyan bu xüsusiyyətlə yanaşı, təzyiqi tənzimləyərək və ürək damarlarını açaraq infarkt riskini də azaldır.

Beyin funksiyalarını tarazlaşdırır: Qaragilə zərərsizləşdirici təsiri sayəsində beynin sinirlərinin daha aktiv işləməsinə kömək edir. Bu sayədə qaragilə sonrakı həyatda Alzheimer kimi xəstəliklərin inkişaf riskini azaldır.

Daha sağlam gözlər: Tərkibindəki vitamin dəyərləri ilə qaragilə gözlərin daha sağlam olmasını təmin edir. Göz sağlamlığını qorumaq üçün gündə ən az 1 qaragilə yemək vacibdir. Qaragilənin tərkibində göz sağlamlığını qoruyan antosiyaninlər var.

Həzmi tənzimləyir: Qaragilənin antioksidant xüsusiyyəti sayəsində həzm sistemini narahat edən zərərli formalaşmaları təmizləyir. Arıqlamağı asanlaşdıran quruluşu ilə həzm sistemində də çox təsirlidir. Tərkibindəki sağlam liflər sayəsində arıqlamağı asanlaşdırır.

Mənbə: Haberglobal 

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et