Bu gün:

Avokadonun qida dəyəri və faydaları


İmmunitet sistemini gücləndirən, ürək sağlamlığını dəstəkləyən və dəri üçün böyük qida qaynağı olan avokado qidalandırıcı bir meyvədir və bir çox sağlamlıq faydaları var. C, E, K, B vitaminləri, kalium və maqnezium kimi mühüm qidaları özundə birləşdirən avokado tərkibindəki antioksidantlar sayəsində hüceyrə zərərini azaldır və yaşlanma prosesini ləngidir.

Mütəxəssislər bildirirlər ki, avokado qan şəkərini balanslaşdırmağa kömək edir. Tərkibindəki aşağı karbohidrat və yüksək lif tərkibi sayəsində qan şəkərini tənzimləməyə kömək edir.  Avokado bu xüsusiyyəti ilə diabetlə mübarizədə təsirli bir qida olaraq önə çıxır.

Avokadonun faydaları

Avokado qidalandırıcı bir meyvədir və bir çox sağlamlıq faydaları var.  Avokadonun bəzi faydaları bunlardır:

Qidalanma Faktları: Avokadonun tərkibində sağlam yağlar, lif, vitamin C, E, K vitamini, B vitaminləri, kalium, folat və maqnezium kimi bir çox vacib qida var.

Sağlam yağlar: Avokado  doymamış yağlarla zəngindir.  Bu yağlar ürək sağlamlığını dəstəkləyir, xolesterol səviyyəsini tənzimləyir və iltihabı azaldır.

Lif tərkibi: Avokadonun həzm sağlamlığını dəstəkləyən yüksək lif tərkibi var.  Lif bağırsaq hərəkətliliyini artırır, qəbizliyin qarşısını alır və həzm sisteminin sağlamlığını yaxşılaşdırır.

Antioksidantlar: Avokado antioksidantlarla zəngin bir meyvədir.  Antioksidantlar bədəndəki sərbəst radikallarla mübarizə aparır, hüceyrələrin zədələnməsini azaldır və qocalma prosesini zəiflədir.

Ürək Sağlamlığı: Avokado ürək sağlamlığı üçün faydalı olan yüksək kalium tərkibli meyvədir.  Kalium qan təzyiqini tənzimləyir və ürək ritmini sabitləşdirir.

Göz Sağlamlığı: Avokadonun tərkibində lutein və zeaksantin kimi antioksidanlar var. Bu birləşmələr  katarakt kimi göz xəstəliklərinin qarşısını ala bilər.

Dəri Sağlamlığı: Avokado yağı dəri sağlamlığı üçün istifadə edilən komponentdir. Dəriyə nəmləndirici təsir göstərir, quru və qıcıqlanmış dərini rahatlaşdırır və dəri toxumasını yaxşılaşdırır.

Qan Şəkərinin Tənzimlənməsi: Avokado aşağı karbohidrat və yüksək lif tərkibinə görə qan şəkərini balanslaşdırmağa kömək edə bilər.  Bu xüsusiyyəti ilə şəkər xəstəliyinə nəzarətdə təsirli ola bilər.

Avokadonunun  qida dəyərləri:

100 qram avokado (təxminən orta avokado ölçüsündə) adətən aşağıdakı qida dəyərlərini özündə birləşdirir:

Enerji: 160 kalori

Protein: 2 qram

Yağ: 14 qram (sağlam yağlar, xüsusən də doymamış yağlar)

Karbohidratlar: 9 qram (bu miqdarın 7 qramı lifdir)

Lif: 7 qram

Vitamin C: 17% gündəlik dəyər

Vitamin E: 10% gündəlik dəyər

Vitamin K: 26% DV

B vitaminləri (folate, B6): 20% gündəlik dəyər

Kalium: 14% gündəlik dəyər

Maqnezium: 7% gündəlik dəyər

2000 kalorili pəhriz üçün hesablanmış gündəlik dəyər.

Mənbə: Sözcü

Tərcümə etdi: Lalə Mənəfova


Paylaş
Şərh əlavə et