Bu gün:

Hüquqşünasların baxmalı olduğu 10 film


Hüquq filmləri, ümumiyyətlə, böyük davaların və böyük mübahisələrin macəralarından bəhs edən filmlərdir. Bu, ədalətin başa düşülməyə çalışıldığı, cinayətlərin müxtəlif nöqtələrdən baxıldığı və ədalət anlayışını yenidən düşünməyə imkan verən mühüm bir kateqoriyadır. Bunlar həm də hüquq fakültəsi tələbələrinin və ya gələcəkdə hüquqşünas olmaq istəyənlərin izləməli olduğu hüquq filmləridir. Ədalət anlayışını araşdırarkən hüquqşünasların izləməli olduğu və daha əvvəl görülməmiş perspektivləri olan filmləri də sadalayırıq:

1) 12 Hirsli Adam (12 Angry Man – 1957)

Imdb: 8.9


Hüquq filmləri deyildikdə, şübhəsiz ki, bu film yada düşür. Atasını öldürməkdə günahlandırılan gənc oğlanın otağına toplaşan 12 nəfərin qərar vermə prosesini izləyir və hüquqi müstəvidə mühakimələrin harada olmamalı olduğunu dəqiq öyrənir. Tək bir münsifin yox deməsi ilə başlayan film elə həmin münsifin hə deməsi ilə bitir.

2) Cinayətin Anatomiyası (Anatomy of a Murder – 1959) Imdb: 8.1


Nəyisə öyrənmək nə qədər qısa və ya uzun olsa, bir o qədər dərin və mənalı olar. Filmdə araşdırılan məsələ: Bir əsgərin arvadını zorladığı üçün öldürülən kişinin vəziyyətidir. Nəyin doğru, nəyin yanlış olduğunu dərindən araşdıran filmdə qarşınıza əks sorğulardan uzun müddətli müdafiələrə qədər olan səhnələr qarşınıza çıxacaq.

3) Hökm (The Verdict – 1982)

Imdb: 7.8


Hüquq sistemləri bir-birindən fərqlidir. Ədalət eyni olsa belə, yer tapma sistemi fərqli olanda rastlaşılan nizamsızlıq üsyana səbəb olar. Bu filmdə yüksək gərginlik və bol ədalətsizliklə bir vəkilin nələri dəyişə bildiyinin şahidi olursunuz.

4) Bir neçə yaxşı adam (1992)

Imdb: 7.7


Uzun dialoqları ilə vəkillərin anlayışlara deyil, fikirlərə diqqət yetirdiyini xatırladan bir film olacaq. Qaydalar və onun altında əzilənlərdən bəhs edən filmdə ABŞ ordusunda xidmət edən bir əsgərin öldürülməsi mövzusudur.

5) Bülbülü öldürmək ( To kill a Mockingbird – 1962)

Imdb: 8.3


İqtisadi böhran illərindən sonra bizim hekayəmiz ABŞ-ın cənub əyalətlərindən birində insanların dəyişmə prosesini tam başa çatdıra bilmədiyi bir vaxtda baş verir. İrqçilik zirvədədir. Hər cür cinayətin qaradərililərin üzərinə atılmasından və bu vəziyyətə müqavimət göstərən ağdərili adamdan bəhs edir. Bu, qanuni filmlər siyahısındakı klassik filmlərdən biridir.

6) İlk Qorxu (Primal Fear – 1996)

Imdb: 7.7


Hüquq təkcə yazılı mənbələrdən ibarət deyil. Sosioloji, psixoloji və siyasi baxımdan birlik yaradır. Məşhur keşişin öldürülməsi ilə bağlı bu vəziyyətdən təsirlənən şübhəlinin əhvalı, hüquqi mövqeyi və vəziyyəti izah edilir.

7) Amistad (1997)

Imdb: 7.2


Qanuni filmlər siyahısına bir dövr filmi ilə davam edirik. Kuba sahillərindən yola düşən və afrikalı qulların olduğu La Amistad gəmisi ilə səyahətə çıxırıq. Səyahət zamanı sərnişinlərdən biri olan Cinquenin açdığı qandallarla azad edilən qulların üsyanının şahidi oluruq. Lakin hadisələr davam etdikcə bu vəziyyəti Amerikanın hərbi gəmisi öz üzərinə götürəcək. İndi həll yolu Ədliyyənin bu vəziyyəti həll etməsidir.

8) Ölümlə Həyat Arasında (The Life of David Gale – 2003)

Imdb: 7.6


Qanunun cəzalandırıcı mahiyyəti insanlığa zidd ola bilərmi? Hadisələr edam əleyhinə olan professor vasitəsilə formalaşır. Professor, əvvəlcə, zorlama ilə, sonra isə qətllə mühakimə olunur. Film professorun müsahibəsi ilə davam edir.

9) Venesiya Taciri (The Merchent of Venice-2004)

Imdb: 7.1

Şekspirin əsərindən kinoya uyğunlaşdırılan bu şah əsər səfərə çıxan tacirin verdiyi vədlər və aldığı pullar qarşısında hüquqi vəziyyətini ortaya qoyur. William Shakespeare-in diqqət mərkəzində hüquq sisteminin sarsılması və ədalətin bu nöqtədə düyün qıran olub-olmamasıdır.

10) Hakim (The Judge – 2014)

Imdb: 7.4


Yaxşı, qanun doğrucuların işidirmi? Onun peşəyə baxışından bəhs edən film, anasını itirdikdən sonra köhnə şəhərinə qayıdan və atasını müdafiə etməli olan hakimin hekayəsindən bəhs edir. Ciddi bir peşə olmaqla yanaşı, hisslərin bizi çox vaxt yönləndirdiyinin şahidi oluruq, son zamanlar bu peşənin hansı mövqedə olduğunu müşahidə edirik.

Mənbə: ceotudent.com 

Tərcümı etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et