Bu gün:

Dünyanın ən isti yerləri


Artan texnoloji imkanlarla dünyanın ən isti yerini təyin etmək indi daha asan olsa da, çatmaq çətin olan səhralara getmək, davamlı ölçmə məlumatlarını toplamaq və bu məlumatları məharətlə təhlil etmək hələ də çox çətindir. Bütün bu imkanlarla ölçə biləcəyimiz ən yüksək temperatur 70,7°-lik cəhənnəm səhrasına aiddir.

Köhnə Cəhənnəm

İndiyə qədər aparılan araşdırmalar dünyanın ən isti yerinin Liviyadakı Əl Əziziyə şəhəri olduğunu müəyyən edib. Əl Əziziyə şəhəri bu rekordu asanlıqla qırmadı. Əl Əziziyə Sahara səhrasına bitişik bir şəhərdir. Buna görə də, səhra üzərindən əsən həddindən artıq quru və isti hava cənub küləklərinin təsiri ilə şəhərə çatdı və şəhərdəki bir meteoroloji stansiya 58 dərəcə temperaturu ölçdü. İndiyədək dünyanın ən isti yeri kimi tanınan bu rekord 1922-ci il sentyabrın 13-dən şəhərin əlindədir. İnsanların asanlıqla dözə bilmədiyi və ölümlərə səbəb olduğu 58 dərəcə kimi bu rekord, əslində, başqa bir şəhərdən götürülmüş bir rekorda əlavə edildi. ABŞ-ın Ölüm Vadisindəki Furnace Creek meteoroloji stansiyası əvvəlki rekordu 1913-cü il iyulun 10-da 56,66 dərəcə selsi ilə müəyyən edib.

Yeni Cəhənnəm: 70,7 dərəcə Lut səhrası

Temperatur oturduğumuz yerdən bizi tərlətsə belə, nə Ölüm Vadisi, nə də Əl Əziziyə, əslində, bu rekorda sahib deyil. 70,7° ilə bu rekordun əsl sahibi İrandakı Lut səhrasıdır. İndiyə qədər doğru olduğunu bildiyimiz bu səhvi düzəldən ABŞ-ın Montana Universitetində özünü bu araşdırmaya həsr etmiş bir komandadır. Komanda ABŞ Geoloji Xidmətinin Landsat 7 tərəfindən qeydə alınan tarixi məlumatlardan istifadə edib və xəritə çəkib. Bu xəritələşdirməyə əsasən məlum olub ki, dünyanın ən isti yeri Lut səhrasıdır. Araşdırmanın məlumatlarını dünya ilə paylaşan komandanın üzvü Stiven Runninq NASA-ya deyib: “Özlərini yer üzündəki ən isti yer adlandıran yerlərin çoxu heç də ciddi rəqiblər deyil".

Yer üzündəki ən isti yer - Ardıcıl beş il ərzində rekord temperatur

Araşdırma nəticəsində məlum olub ki, Lut səhrası təkcə bir gün deyil, 5 il dalbadal dünyanın ən isti yeri olub. Nəticələrə görə, Ölü dəniz 2004, 2006, 2007 və 2009-cu illərdə də ən yüksək səth istiliyinə malik olub.

Mənbə: Ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et