Bu gün:

Böyrək daşlarının əmələ gəlməsinə səbəb olan "ləzzət"


Fast foodlarda həm zülal, həm də karbohidratlar bol olduğundan "böyrək daşıxəstəliyi üçün zərərli olan hər iki qidanı birlikdə qəbul etmiş olacaqsınız. Bu səbəbdən, böyrək daşlarının qarşısını almaq üçün fast-food tipli qidalardan uzaq durun.  

Urologiya mütəxəssisi Dr. Murat Tuğrul Eren bildirib ki, araşdırmalar böyrək daşlarını meydana gətirən maddələrin suda daha az həll edildiyini üzə çıxarır, ona görə də, sidik miqdarı azaldıqda bu maddələr sidikdə həll oluna bilmir və çöküntü əmələ gətirir, bu da böyrək daşlarının əmələ gəlməsinə səbəb olur. Xüsusilə, yay aylarında böyrək daşlarına daha çox diaqnoz qoyulur. İsti havalar yay aylarında rütubətlə yanaşı, orqanizmdən maye itkisini də sürətləndirdiyindən bu mayenin dəyişdirilməsi çox vacibdir”

Həmçinin Murat Tuğrul Eren əlavə edib ki, qlobal istiləşmə ilə birlikdə bütün dünyada daş xəstəliyinin artmasının əsas səbəblərindən birinin fast food istifadəsinin artması olduğu düşünülür: "Fast foodda həm zülal, həm də karbohidratlar bol olduğundan, hər iki qidanı bir yerdə alacaqsınız, bu da böyrək daşı xəstəliyi üçün zərərlidir. Ona görə də mümkün olduğu qədər "Fast food"dan uzaq durun.

Gündə 2 litr su için

Gündə ən az 2 litr maye qəbul edin. Maye qəbulunun su əsaslı olması idealdır. Qəhvə və çay kimi məhsulların həddindən artıq qəbulu daşların çoxunda olan oksalat adlı maddənin miqdarını artıraraq daş əmələ gəlməsinə səbəb ola bilər. Qazlı və kola içkilərinin də daş əmələ gətirməsini sürətləndirdiyi barədə bir çox fikirlər var.

Limondan bol-bol istifadə edin

Təzə limon və ya onun suyunun tərkibindəki sitrat sayəsində daşların əmələ gəlməsi azalır. Sitrat sidiyimizdə təbii olaraq tapılan bir maddədir və daş əmələ gəlməsinin qarşısını alır. Buna görə də limon qəbulu böyrək daşı xəstəliyinə çox faydalıdır. Limonu salatlara və şorbalara sıxaraq istifadə etməyə diqqət edin. 

Yeməklərə duz əlavə etməyin

Duz böyrək daşlarının əksəriyyətində olan kalsiumun böyrəklərdən xaric olmasını artıraraq daşların əmələ gəlməsini asanlaşdırır. Həddindən artıq duz qəbulundan çəkinin. Yeməklərinizə, hətta ayranınıza duz əlavə etməyin. Mümkün qədər az duz qəbul etməklə siz də qan təzyiqi və ürək xəstəlikləri kimi digər xəstəliklərdən özünüzü qoruya bilərsiniz. 

Nizamlı və cəld yeriyin

Elmi araşdırmalar göstərir ki, hərəkətsizlik xəstəliklərə bir növ "dəvət edir". Ümumi sağlamlıq faydaları ilə yanaşı, böyrək daşlarının qarşısını almaq üçün müntəzəm idman etmək lazımdır. İdmanla məşğul olmaq və ideal çəkidə olmaq böyrək daşı xəstəliyini azaldır. Xüsusən də, isti yay aylarında hərəkət etmək istəyi azala biləcəyi üçün gün ərzində mütləq hərəkət etmək lazımdır; Hər gün ən az 45 dəqiqə nizamlı və sürətli yeriməyə diqqət edin. Tərəvəzlərlə qidalanın Heyvan zülalları ilə zəngin qidalanma daş xəstəliyini artırır. Bu səbəblə tərəvəz və liflə zəngin, zülalı az olan pəhrizə riayət edərək həzminizi rahatlaşdırıb özünüzü böyrək daşlarından qoruya bilərsiniz. 

Meyvəni həddindən artıq yeməyin

Meyvə və soyuq içkilər yayda çox cəlbedici ola bilər. Üstəlik, qarpız və qovun kimi meyvələrin demək olar ki, 100 faizi sudan ibarətdir. Lakin bu meyvələr və onların şirələri şəkər mübadiləsini pozaraq daş əmələ gəlməsini artıra bilən fruktozaya sahibdir. Buna görə də meyvə qəbuluna həddindən artıq yol verməyin.

Mənbə: Güneş gazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et