Bu gün:

Sudoku nədir? Sudokunu necə həll etmək olar?


Sudoku son zamanların ən sevimli tapmacalarından biridir. Qəzet və jurnallarda tez-tez gördüyümüz sudoku nədir? Sudokunu necə həll etmək olar? Sudoku haqqında bilməli olduğunuz məlumatlar buradadır.

Sudoku Yaponiyada məşhur olan tapmaca növüdür. Yapon dilində tək ədədlər mənasını verən "suuji wa dokishin ni kagiru" sözünün qısaltması olan sudoku vətəni Yaponiyada məşhurlaşıb. Lakin son illərdə bütün dünyada sudoku tendensiyası başlayıb. Maraqlı zəka oyunu da zaman keçdikcə şaxələnib.

Sudoku həll edərkən edilən ən böyük səhv tələsməkdir. Bununla belə, sudokunu həll edərkən nəticəyə çatmaq üçün düzgün addımlar atmaq lazımdır. Əks halda, nəticə əldə etmək mümkün deyil. Səhvlər, adətən, oyunun sonuna yaxın müşahidə olunur. İlk növbədə, sudokunu həll etmək təbiidir və düşünmək çox vaxt apara bilər.

Sudoku həllində uğur qazanmağın yolu çox məşq etməkdir. Sudoku həll edərkən məşq etməklə, fərqinə varmadan müxtəlif texnikaları kəşf etmək mümkündür. Bu avtomatik olaraq sizə həm yaradıcı, həm də strateji düşünmək bacarığını aşılayır.

İlk dəfə 1984-cü ildə Yaponiyada tapmaca şəklində nəşr olunan və qısa müddətdə məşhurlaşan Sudoku əvvəllər müxtəlif adlarla çağırılırdı. Ancaq zaman keçdikcə indiki adını qazandı. Xüsusilə, gənc uşaqların beyin inkişafı üçün sudokunu həll etmək tövsiyə olunur.

Sudoku rəqəmlərlə oynanılır və birbaşa riyaziyyatla heç bir əlaqəsi yoxdur. Beləliklə, sudokunu həll edərkən toplama və ya vurma kimi biliklərinizə ehtiyacınız yoxdur. Soldan sağa və yuxarıdan aşağıya doğru 9 kvadratdan ibarət olan oyun həm də özlüyündə 9 kvadratdan ibarət hissələrə bölünür. Bu kvadratlarda 1-dən 9-a qədər rəqəmlər yerləşdirmək lazımdır. Hərflər yerinə rəqəmlərdən istifadə olunur.

Göstərişlər sudokunun çətinlik səviyyəsinə uyğun olaraq verilir. Hər 9 kvadrat hissədə eyni ədəddən yalnız birini tapmaq olar. Sudoku mütəxəssisləri bildirirlər ki, oyunu yalnız düşünməklə oynamaq olar, buna görə də zəka gücünü əhəmiyyətli dərəcədə artırır. Cəmi 81 kvadratdan ibarət klasterlərdə yerləşdirilən hər bir rəqəm bir sıra və bir sütunda yalnız bir dəfə istifadə edilə bilər. Tapmacanı tamamlayarkən onu elə doldurmalısınız ki, 9 kvadratdan ibarət hər sətir, sütun və blokda 1-dən 9-a qədər bütün rəqəmlər olmalıdır. Sudokuda heç bir rəqəm təkrarlana və ya natamam buraxıla bilməz. Sudoku tapmacasının həlli çətinlik səviyyəsindən asılı olaraq minimum 20 dəqiqə ilə maksimum 2 saat arasında dəyişə bilər. 

Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et