Bu gün:

Parlaq saçlar üçün tövsiyələr


Saçlar bir insanın zehni və fiziki sağlamlığına təsir göstərə bilən, sosial mühitlə münasibətlərində rol oynayan bədən üzvü olduğundan, onlara qulluq edilməli və təmiz saxlanılmalıdır. Saçların təmizlənməsi tezliyi şəxsi vəziyyətə, ətraf mühit şəraitinə, saç növünə görə dəyişir. Evdə edə biləcəyiniz, saçınızı qoruyacaq, canlılıq və parıltı verəcək praktik tövsiyələri sizə təqdim edirik

Saçlar köklərdən qidalanır 

Xaricdən tətbiq olunan məhsullar saçlara sağlamlıq gətirmir. Saç üçün lazım olan vitaminlər və minerallar saç köklərini yalnız qan vasitəsilə bəsləyə bilər. Dəmir, sink, B12 vitamini, folat və biotinlə zəngin qidalanmaq saç sağlamlığı üçün vacibdir.

Saçınızı hər gün yumaq ona zərər verəcək

 

Saçlar günaşırı ilıq su ilə yuyulmalıdır. Bundan əlavə, “ikisi bir arada” məhsulları deyil, ayrı-ayrılıqda şampun və krem tətbiq etmək daha düzgün olardı.

Saçlar nəm halda daranmalıdır

Hər gün düzləşdiricidən istifadə etmək əvəzinə, saçınıza saç fırçası ilə forma vermək daha yaxşı olar. Təbii saç rənginə yaxın boyalara üstünlük verilməlidir.

Kimyəvi proseslər saçları korlayır

Tez-tez kimyəvi üslubda müalicələr ən güclü saç quruluşunda belə kövrəklik yaradır. Ovuclarınıza bir-iki damla badam yağını yaxşı yaydıqdan sonra, sadəcə, saçlarınızın uclarına tətbiq edərək qidalandıra bilərsiniz. Yağ miqdarını aşmayın və ya saçınızın dibinə sürtməyin. Baş dərinizin yağ balansını pozursunuz.

Quru saçlara qulluq və ehtiyat tədbirləri

Saçınızı az miqdarda şampun ilə yuyun. Krem istifadə edin. Saç qurutma fenindən az istifadə edin, quru saçlar üçün şampunlara üstünlük verin, çünki onlar yüksək nəmləndirməyə malikdirlər.

Saçların yağlanmaması üçün ehtiyat tədbirləri

Saçınızı tez-tez fırçalamamağa diqqət edin. Beləliklə, dəridə olan yağlar saçlara daxil ola bilməz. Saçınızı isti hava ilə qurutmayın. Yağlı saçlar üçün şampunlara üstünlük verin.Yağlılığı azaltmaq üçün şampun tezliyini aşmayın.

Zədələnmiş saçlar üçün

Zədələnmiş saçlar üçün saçınıza masaj edərək bir az badam yağı çəkin. Saçınızda, təxminən, 15 dəqiqə saxladıqdan  sonra mineral su ilə yuyun. Sonra şampunla yuyun və krem tətbiq edin. Quru saçlar üçün balı südlə qarışdırın, baş dərisini masaj edin və 15 dəqiqə saxlayın. Yumşaq şampun ilə yuyun. Saçlarınızın canlandığını görəcəksiniz.

Yaşıl çay saçları qoruyur 

Yaşıl çaydan istifadə etdiyinizə əmin olun. Yaşıl çayda olan antioksidan maddələr baş dərisini infeksiyalardan qoruyur.

Stress saçları yorur

Stressdən qurtulun. Stress yalnız fiziki və zehni sağlamlığı pozmur, həm də saçın quruluşunu – tarazlığını pozur. Zaman-zaman saçın dibinə qədər edəcəyiniz bir masajla saç köklərini stimullaşdırın. Saçlarınızın canlandığını görəcəksiniz.

Mənbə:Huriyyet

Tərcümə  etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et