Bu gün:

Ürək çarpıntısı zamanı nə etməli?


Ürək çarpıntıları, ümumiyyətlə, stress, narahatlıq, həddindən artıq kofein və ya spirt istehlakı və bəzi dərmanların yan təsiri olaraq ortaya çıxan ümumi bir vəziyyətdir. Ancaq bəzən daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Buna görə də ürək çarpıntılarını idarə etmək və qəfil ürək çarpıntısı zamanı nə edəcəyini bilmək vacibdir.


Ürək çarpıntıları birdən nəzərə çarpan ürək döyüntüləridir. Ürək çarpıntısı qorxulu görünə bilər, lakin əksər hallarda onlar zərərsizdir və ciddi problemin əlaməti deyil. Nadir hallarda, bu, müalicə tələb edə bilən nizamsız ürək döyüntüsü (aritmiya) kimi daha ciddi ürək xəstəliyinin əlaməti ola bilər. Döş qəfəsində narahatlıq və ya ağrı, huşunu itirmə, şiddətli nəfəs darlığı, şiddətli başgicəllənmə kimi hallar ürək çarpıntısı ilə müşayiət olunarsa, dərhal həkimə müraciət edin...

Ürək döyüntüsünün narahatedici dərəcədə sürətli və ya qeyri-müntəzəm olduğu vəziyyətlər sadəcə olaraq "ürək çarpıntıları" adlanır. Ürək dərəcəsi insandan insana dəyişir. Bəzi insanlarda bu rəqəm dəqiqədə 80, bəzilərində isə nəbz 100 civarında ola bilər. Fiziki fəaliyyətlərdə bu rəqəm 120-yə qədər arta bilər (idman etmək, pilləkənlərə qalxmaq kimi). Ümumiyyətlə, ürək dərəcəsi dəqiqədə 140 döyüntüdən çox olduqda ürək döyüntüsü kimi ifadə edilir. Ürək çarpıntısı yaşandığı zaman nəbz dərəcəsi nəbz ölçən cihazla və ya barmağı biləyin içərisinə basaraq təyin edilməlidir.

Ürək çarpıntısını aradan qaldırmağa kömək edən bir neçə üsul var:

Dərindən nəfəs alın: Dərindən nəfəs almaq bədəninizin rahatlamasına və ürək döyüntüsünüzün azalmasına kömək edə bilər.

Stressi azaldın: Meditasiya, yoqa və digər istirahət üsulları ürək çarpıntısına səbəb ola biləcək stressi azaltmağa kömək edə bilər.

Kofeini azaldın: Kofein ürək döyüntünüzü sürətləndirə bilər. Ürək çarpıntısı varsa, kofein qəbulunu azaltmağı düşünün.

Alkoqol və siqaretdən uzaq durun: Həm alkoqol, həm də siqaret ürək çarpıntınızı artıra və ona səbəb ola bilər.

Müntəzəm məşq edin: Ürək sağlamlığınızı yaxşılaşdırmaq və çarpıntıların qarşısını almaq üçün müntəzəm olaraq məşq edin.

Bununla belə, ürək döyüntüsü üçün sürətli bir həll axtarırsınızsa, aşağıdakı üsullar faydalı ola bilər:

Valsalva manevri: Burnunuzu bağlayaraq yüngül nəfəs alın və bir neçə saniyə bu vəziyyətdə qalın. Bu manevr sinir sisteminizə təsir edir və ürək döyüntünüzü yavaşlatır.

Soyuq su: Üzünüzü soyuq su ilə yumaq və ya bir stəkan soyuq su içmək ürək çarpıntınızı yavaşladan "dalış refleksini" tətikləyə bilər.

Dərin nəfəs: Dərin və yavaş nəfəs almağa çalışın. Bu, bədəninizin rahatlamasına və ürək döyüntüsünün yavaşlamasına kömək edə bilər.

Mənbə: Sözcü

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et