Ev pişiyi görsəniz, ağ corab kimi pəncələrlə qarşılaşacaqsınız. Ancaq, bu ağ pəncələr vəhşi pişiklərdə, ev pişiklərinin vəhşi, evsiz qohumlarında nadirdir. Bəs ev pişiklərinin pəncələri niyə ağ olur? Görünür, bu hekayə təxminən 10.000 il əvvəl, insanlar və pişiklərin birlikdə yaşamağa başladığı vaxta gedib çıxır:
Müasir ev pişiklərində görülən xəz müxtəlifliyi əkinçiliklə məşğul olan əcdadlarımızın kürklərinin formalarına görə pişiklərə üstünlük verdiyini göstərir. Yaşadıqları meşə və ya səhra mühitində ağ pəncələri olan bir pişik kamuflyaj etməkdə çətinlik çəkər və ovçular üçün daha asan ov olardı. İnsanlar pişiklərə maraq göstərəndə, yəqin ki, o ağ pəncələr onların da diqqətini çəkdi. Həmçinin, insanlar yəqin ki, sakit və itaətkar pişiklərə üstünlük verirdilər.
Davranış xüsusiyyətlərinin xəz rəngi ilə heç bir əlaqəsi olmadığı görünsə də, elm adamlarının tam anlamadığı səbəblərə görə, bu ağ corablar itaətkar fərdlər seçildikcə və onların nəsli doğulduqca aydınlaşmağa başladı.
Mənbə: Evrimagacıofficial
Tərcümə etdi: Günay Məmmədova
