Bu gün:

Maya sivilizasiyası


Maya sivilizasiyası yerli Amerikalı Mayya xalqları tərəfindən qurulan Kolumbdan əvvəlki Amerika sivilizasiyalarından biridir.

Maya Sivilizasiyasının tarixi sona çatdıqdan sonra belə, eyni coğrafiyada qorunub saxlanılır və müasir dünyada ədəbiyyat və kino kimi bir çox sektorda yaşatmağa davam edir. Mərkəzi Amerikada, xüsusən də Meksika ətrafında məskunlaşan Maya Sivilizasiyası tarixi, əhəmiyyəti və xüsusiyyətləri baxımından bir çox insanın diqqətini çəkir.Bəs, dünyaya böyük mədəni və elmi töhfələr verən Mayya Sivilizasiyası harada yaşayıb və onu kim məhv edib?

Maya sivilizasiyasının tarixi

Mayalar ilk dəfə Qvatemala, Honduras, Beliz və Meksikada, Cənubi və Şimali Amerikanın kəsişməsində görülməyə başladı. Tarixi eramızdan əvvəl 2000-ci ilə qədər olan sivilizasiya bir çox fərqli dövrdə araşdırıla bilər.

Erkən maya sivilizasiyası: Eramızdan əvvəl 2000-ci illərdə Mayyalar ilk dəfə Mərkəzi Amerikada göründülər. İlk göründükləri erkən vaxtlarda kənd təsərrüfatı, riyaziyyat, təqvim kimi elmi və mədəni mövzularda addımlar atdılar.

Klassik dövrdə maya sivilizasiyası: Eramızın 250-900-cü illərinə uyğun gələn bu dövrdə Maya Sivilizasiyası zirvədə idi. Bu dövrdə Mərkəzi Amerikada böyük şəhərlər və tikililər tikilmişdir. Mayyalılar incəsənət, yazı, riyaziyyat, astronomiya və ticarət kimi sahələrdə irəliləyiş əldə etməyə davam etdilər.

Maya Sivilizasiyasının süqutu dövrü: Eramızın 900-cü illərində Maya Sivilizasiyasının böyük şəhərləri köç etməyə başladı. Bu köçlərin səbəbi hələ də müzakirə olunsa da, iqlim dəyişikliyi, müharibələr, əhalinin sıxlığı və resursların tükənməsi irəli sürülən əsas səbəblərdir.

Maya sivilizasiyasını kim məhv etdi?

Maya Sivilizasiyasının dağılmasının əsas səbəbi hələ də məlum deyil və bu məsələ bu gün də tarixçilər arasında bir çox müzakirə mövzusudur.

Tarixi sənədlərə baxdıqda, Maya Sivilizasiyasının dağılmasının bir çox amillərin birləşməsi ilə baş verdiyi görünür. Bu səbəbdən heç bir qəbilə və ya dövlətin Maya Sivilizasiyasına son qoyduğunu söyləmək mümkün deyil.

Mənbə: sabah.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et