Bu gün:

Sinir krizlərinin damarların fəaliyyətini poza biləcəyi barədə xəbərdarlıq!


Sinir krizi insanın öz emosiyalarını anormal şəkildə əks etdirdiyi və idarə olunmayan sinir partlayışlarına səbəb olduğu bir vəziyyəti göstərir. 

Sinirin infakt riskinə necə təsir etdiyini izah etməyə kömək üçün araşdırma aparan tədqiqatçılar, mənfi emosiyalar yaşadıqdan sonra fərdlərin damarlarının nə qədər genişlənə bildiyini, damarları əhatə edən endotel hüceyrələrinin zədələnib-zədələnmədiyini və özlərini bərpa edə bilib-bilmədiklərini araşdırdılar.

Tədqiqat çərçivəsində ürək xəstəlikləri, ciddi psixi sağlamlıq problemləri və ya digər xroniki xəstəlikləri olmayan 280 gənc, endotel hüceyrələrinin sağlamlığı, həmçinin qan təzyiqi və ürək döyüntülərinin ölçülməsi üçün laboratoriya mühitində sınaqdan keçirilib.

Testlərdən sonra qruplara bölünən şəxslərdən 8 dəqiqə ərzində qəzəb, narahatlıq və kədər hissi doğuran xatirələri xatırlamaları və onları yüksək səslə paylaşmaları istəndi. Qəzəb doğuran xatirələri xatırlatması istənən insanlarda qan damarlarının genişlənmə qabiliyyətinin azaldığı müşahidə edilib.

Tədqiqatlar müəyyən etdi ki, qısa müddətli qəzəb püskürməsi qan damarlarının düzgün genişlənməsini müvəqqəti poza bilər, bu funksiyanın damarların sərtləşməsinin qarşısını almaqda mühüm rol oynadığı düşünülür.

Tədqiqatın aparıcı müəllifi, kardioloq və Nyu-Yorkdakı Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzində hipertoniya mərkəzinin direktoru - "Qəzəb qan damarlarınız üçün pisdir. (Qəzəb hissi) damarlarınızın fəaliyyətini pozur, bu da infarkt riski ilə əlaqələndirilir", - Dr.Daichi Shimbo dedi.

"Biz müəyyən etdik ki, bir dəfə hirslənmək sizin damar genişlənmə qabiliyyətinizi zəiflədir. Amma ömrünüz boyu 10.000 dəfə əsəbiləşsəniz nə olar? Bu, qalıcı zərər verə bilər", - Şimbo tədqiqatın qiymətləndirməsini etdi.

Damarların genişlənməsi qan damarlarının divarlarında əzələlərin rahatlaması nəticəsində damarların genişlənməsidir. Qan damarları genişlənir, bədənin oksigen və ya qida çatışmazlığı olan bölgələrinə qan axını artırır.

Mənbə: habertürk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et