Bu gün:

Gözaltı qaralmanın həlli


Gözaltı qaralmanın həlli

Göz altındakı tünd qaraltıdan xilas olmaq istədiyini deyən qadının sosial şəbəkədəki paylaşımı çoxlarının marağına səbəb olub. Fərqli təklif və məsləhətləri sınamağa başlayan qadın, həllini badam yağında tapıb.

İllərdir təbii üsullar bildiyini, lakin onları sınaqdan keçirmədiyini bildirən qadın nizamlı istifadədən sonra qara dairələrinin azalmağa başladığını bildirib. Paylaşımlarını yeniləyən qadın, "Son bir həftədir ki, hər gecə yatmazdan əvvəl bunu tətbiq edirəm və qara dairələrim demək olar ki, yoxa çıxıb. Bu heyrətamizdir" deyə cavab verib.

Göz altındakı qara dairələrin qarşısını almaq üçün bir çox insan tərəfindən tövsiyə edilən digər məhsul C vitamini serumu və nəmləndirici serumdur. Göz ətrafı üzün ən həssas bölgələrindən biridir. Lakin vitamin tərkibli serumlardan istifadə etməklə qaralmış görünüşün qarşısını ala bilərsiniz.

Şirin badam yağı badam ləpəsindən əldə edilən təbii yağdır və dəriyə qulluqda geniş şəkildə seçilir. Xüsusilə, göz altı kimi həssas bölgələrdə istifadə edildikdə yaxşı nəticələr əldə edə bilərsiniz. Şirin badam yağı da dərini dərindən nəmləndirir və quruluğun qarşısını alır.

Qoruyucu xüsusiyyətləri sayəsində dərinin qocalmasını ləngidə bilər və göz altındakı incə xəttləri yox edə bilər. Gözlərin altında yuxu olmaması, stress və ya yorğunluq səbəbindən qaranlıq ola bilər. Şirin badam yağı dərini E vitamini kimi maddələrlə qidalandıraraq qara dairələri açmağa kömək edir.

Mənbə:milliyet

Tərcümə etdi:Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et