Bu gün:

Vitamin əlavələri sağlamdırmı?


Vitaminlər təbii yolla qida məhsullarından alına bilən, həmçinin orqanizmin bərpası və inkişafında mühüm rol oynayan üzvi birləşmələrdir. Bu üzvi birləşmələrin gündəlik qəbulu çox vacibdir. Həyat davam etdikcə, müxtəlif dövrlərdə müxtəlif səviyyələrdə vitaminlərə ehtiyac var. Hər vitamin növünün sağlamlıq baxımından fərqli əhəmiyyəti və funksiyası var. Kifayət qədər miqdarda vitamin qəbul edilmədikdə bəzi pozğunluqlar yarana bilər. Tələb olunan vitamin təbii qidalarla və ya əlavə olaraq hazırlanan məhsullarla qarşılanarsa, bu xəstəliklərin qarşısını almaq olar.

Vitaminləri ilk növbədə təbii mənbələrdən qəbul etmək tövsiyə olunur. Tərəvəz və meyvələrin müntəzəm istifadəsi ilə lazım olan vitamin səviyyələrini normal səviyyədə saxlamaq olar. Ancaq adekvat və nizamlı qidalanma təmin edilə bilməyən hallarda əlavə olaraq hazırlanan məhsullardan istifadə edilə bilər.

Orqanizmin nizamlı fəaliyyətini davam etdirməsi üçün bəziləri yağda, bəziləri suda həll olunan vitaminləri müəyyən səviyyədə saxlamaq lazımdır. Təbiətdə olan hər bir qida maddəsində müxtəlif miqdarda vitaminlər var. Onlardan ən yaxşı şəkildə faydalanmaq üçün doğru qidaları doğru zamanda qəbul etmək lazımdır. Bəzi insanlar bu ehtiyacı ödəmək üçün pəhriz əlavələrindən faydalana bilərlər. Qidalanma, malabsorbsiya, irəli yaş kimi müxtəlif vəziyyətləri olan insanlar üçün tövsiyə olunan miqdarda vitamin və qida əlavələrindən istifadə etmələri şərti ilə çox təsirlidir. Sağlamlıq baxımından bədəni tarazlıqda saxlamağa kömək edən və regenerasiyanı dəstəkləyən əlavələr böyük fayda verir. Qidalarla qəbul edilən vitamin dəyərləri ümumiyyətlə heç bir zərər vermir.


Mənbə: Medicak Park

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et