Bu gün:

Gözyaşının dəriyə xeyirləri varmı?


Ağlamaq dərinizə xeyirlidir?

Ağlamanın dərinizə və gözünüzə çoxlu təsiri var. Stressi azaldan bu emosional vəziyyətin dərinizə necə təsir etdiyini bilirsinizmi?

Ağlamaq dərinizə nə edir?

Göz yaşlarının dəriyə təsiri ilə bağlı daha çox araşdırmaya ehtiyacımız olsa da, bilirik ki, ağladığımız zaman lakrimal vəzilərimiz gözyaşardıcı maye ilə dəstəklənir və bu, gözlərimizə qan axını artırır.

Göz yaşlarında olan duz göz ətrafımızda suyun tutulmasına və şişməsinə səbəb olur. Bütün üz sahəsinə qan axınının artması, gərgin, qırmızı, şişkin bir üzə səbəb olur.

Bilirik ki, göz yaşları su, toksinlər, lizozim, duz, lipidlərdən ibarətdir. Xüsusilə, lizozim, bakteriyalardan qurtulmağa kömək edən bir ferment olduğu üçün nəzəri olaraq üzdəki sızanaqlara və digər bakteriyalara qarşı mübarizə apara bilər. Ancaq eyni zamanda, gözyaşının tərkibindəki duz dərinin nəm səviyyəsini azaldır və dərini qurudur.

Uzun müddət ağlamadan sonra gözlərinizin şar kimi şişməsinin iki səbəbi var. Göz yaşlarınızdan gələn su, hər iki tərəfdə duz konsentrasiyasını tarazlaşdırmaq üçün yarı keçirici membrandan göz ətrafındakı toxumaya axır. Bu, gözlərinizin şişməsinə səbəb olur.

İkincisi, gözlərinizdə və ətrafındakı qan damarlarının genişlənməsi də şişməyə kömək edə bilər. Həddindən artıq ağlayırsınızda,  yaxınlıqdakı qan damarları göz bölgəsinə qan axını artırmaq üçün genişlənəcəkdir.

Ağlamanın qalıcı təsirləri və dəriyə nələr verə biləcəyi ilə bağlı araşdırmaya, əsasən, ekspertlər ağlamanın stressi azaltdığı sübut edildiyi üçün streslə bağlı dəri problemlərinə yaxşı təsir göstərəcəyini təklif edirlər.


Mənbə: milliyet

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et