Mən səni sərçənin göz yaşları kimi sevirəm! 'Bu qədər kiçik?' deyəcəksən, amma bilməli olduğun bir şey var: “Sərçələr ağlayanda ölürlər” deyimini xatırlayırsanmı?
Bu və buna bənzər romantik cümlələr üçün sərçələr işlənsə də, onların ağladıqdan sonra öldüyünü söyləmək düzgün deyil. Ətraflı izah etsək:
Yüksək göz yaşı ifrazının (ağlama) üç fərqli növü vardır: nəmləndirici gözyaşı ifrazı, refleks gözyaşı ifrazı və emosional göz yaşı ifrazı.
Bu günə qədər sərçələrin emosional göz yaşı tökdüyünə dair bircə elmi məlumat yoxdur. Bu cür göz yaşlarına demək olar ki, yalnız məməlilər sinfində rast gəlinir. Quşların ağrıya və ya emosional stimullara reaksiyası, ümumiyyətlə, qışqırıq və ümumi səslənməni əhatə edir.
Məməlilərdə gözləri nəm saxlayan əsas vəzilər hər gözdə bir olan lakrimal bezlərdir. Məməlilərdə bu quruluş mürəkkəb və ixtisaslaşmışdır. Onların beyinlə əlaqələri daha mürəkkəbdir.
Quşların da gözyaşı vəziləri var. Bununla belə, nisbətən sadə bir quruluşa malikdir və "Harderian" vəzi adlanan başqa bir bez əslində gözyaşı ifrazı vəzifəsini yerinə yetirir. Bundan əlavə, "üçüncü göz qapağı" olaraq da bilinən "Oftalmik Membran" məməlilər sinfində böyük ölçüdə kövrək bir quruluşdur.
"Nictitating Membran" sayəsində gözlərini nəm saxlayırlar. Hazırda mövcud olan məlumatları şərh etsək, bu bezlər və strukturlar emosional stimullara cavab verə biləcək səviyyədə deyil. Buna görə də, əgər nədənsə bir quşun gözlərində normaldan daha çox maye varsa, bu, ağlamağı deyil, potensial olaraq ciddi bir göz xəstəliyini göstərir. Əgər ev quşlarınızda belə bir vəziyyətlə qarşılaşsanız dərhal baytar həkimə müraciət etməyiniz faydalı olar.
Qaynaq: Evrimagacıofficial.
Tərcümə etdi: Günay Məmmədova.
