Bu gün:

Turet sindromu nədir?



Tibbdə minlərlə diaqnoz var. Bunların əksəriyyəti ya sindrom, ya da xəstəliklərdir. Bugünkü mövzumuz isə turet sindromudur.

Turet sindromu təkrarlanan, qeyri-iradi tiklərlə xarakterizə olunan nevroloji xəstəlikdir. Bu tiklərə birdən çox motor tiki və bir, yaxud daha çox səs tiki daxil ola bilər. Motor tikləri bədən hərəkətlərində, qeyri-ixtiyari jestlərdə və ya üz ifadələrində təkrarlanan hərəkətlər şəklində özünü göstərə bilər. Vokal tiklər isə təkrarlanan, qeyri-iradi öskürək və ya boğazı təmizləyən səslər, sözlər və ya cümlələr şəklində ola bilər.

Turet sindromu, adətən, uşaqlıqdan başlayır və kişilərdə daha çox rast gəlinir. Bu pozğunluğun dəqiq səbəbi bilinmir, lakin genetik və ətraf mühit faktorlarının iştirak etdiyi düşünülür.

Mənbə: İlginç Bilgiler

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et