Çox uğurlu bir qardaşa sahib olmaq çətin ola bilər, amma təsəvvür edin ki, bu qardaş dünyanı dühası və istedadı ilə heyrətə gətirən bəstəkar Volfqanq Amadey Motsartdır. Motsart necə Motsart oldu? Yaxşı bilinməsə də, onun musiqi ilə birləşməsinin ən böyük səbəblərindən biri böyük bacısı Maria Anna Motsart idi.

Maria Anna Walburga İqnatiya Motsart kimi tanınan Volfqanq Amadey Motsartın beş yaş böyük olan bacısıdır. Maria ailənin yeddi uşağının sağ qalan iki bacısından biri idi. Ailəsi tərəfindən "Nannerl" adlandırılan Mariya gənc yaşda gözəl musiqi gələcəyi vəd etmişdi. Atası Leopold; O, bəstəkar, dirijor və skripkaçı idi. O, böyük və yeganə sağ qalan qızının musiqi fonundan faydalanmağı qərara almışdı. Maria pianonun əcdadı olan yeddi yaşında klavesin və fortepianoda ifa etməyə başladı və tezliklə uğurlu pianoçu oldu. Marianın musiqi təhsili kiçik qardaşı Volfqanqda musiqi həvəsini oyadacaqdı.
Leopold övladlarının qabiliyyətlərinin gündən-günə yaxşılaşdığını anladı və 1762-ci ildə onlarla birlikdə Qərbi Avropaya qastrol səfərinə getməyə qərar verdi. O zaman Marianın on bir, Volfqanqın isə yeddi yaşı vardı. İki qardaş uşaq dahiləri elan edildi; zadəganlar və elita üçün kral saraylarında çalmağa başladılar. 1763-cü ildə nəşr olunan bir məqalədə Marianın o zaman qardaşından daha görkəmli olduğu və onun musiqi bacarığı və şücaəti təsvir edilmişdir.

1769-cu ildə Maria on səkkiz yaşına çatdı və özünü həyatında dönüş nöqtəsində tapdı. İndi o, evlənmək üçün kifayət qədər yaşlı olduğundan, qardaşı ilə qastrollara və çalmağa davam etsə, çoxlu əks-təsir alacaqdı. Maria qadınların həyatına nəzarətin atadan ərinə keçdiyi bir dövrdə yaşayırdı. Onun həyatı talibindən asılı olacaq, onun hüquqları və arzuları nişanlısının qoyduğu sosial qanunlara tabe olacaqdı.
Əslində, Maria və Volfqanq bir vaxtlar genişlənmiş ailənin qalan bacıları kimi olduqca yaxın idilər. Qardaş və bacılarının faciəvi itkisi onları musiqidə bir araya gətirib. Gənc ikən onları bir-birinə bağlayan qeyri-adi bir istedadı bölüşdülər. Minlərlə saatlıq məşq və ifa musiqili dostluq, bağ yaratmışdı. 1764-cü ildə Londonda olarkən Maria Volfqanqa ilk simfoniyasını yazmağa kömək etdi. Gözlənilirdi ki, Maria uyğun talib tapılana qədər anası ilə evdə qalacaq. Qardaşının şöhrəti və virtuozluğu artdıqca Maria evlənməyi gözləyirdi. Bütün bu gözləntilərə baxmayaraq, Maria musiqidən əl çəkmədi. O çalmağa və bəstələməyə davam etdi. Marianın kiçik qardaşına necə təsir etdiyini dəqiq müəyyən etmək çətindir, çünki onun həyatı və işi çox az məlumdur. Volfqanqın ulduzu o qədər parladı ki, Marianın istedadlarına kölgə saldı.
Vaxt keçdikcə Volfqanq dövrünün ulduzuna çevrildiyi üçün əlaqə kəsildi. Maria nəhayət otuz üç yaşında evləndi, o vaxt üçün olduqca gec. Atası Marianın sevdiyi deyilən keçmiş talibindən imtina etmişdi. Marianın gec evlənməsinin səbəbi atası Leopoldun həyat yoldaşını itirdikdən sonra qızının yanında olmasına alışması və onun üzərində nəzarətdən əl çəkməyə hazır olmaması olub.
Marianın nişanlısı hakim, iki dəfə dul qalmış və beş uşağı olan İohann Baptist von Berchtold zu Sonnenburq idi. Marianın evə nəzarət edəcəyi və uşaqları böyütəcəyi gözlənilirdi. Qardaşı Volfqanqın sürətli və xaotik həyat tərzi Leopoldun bəyənmədiyi bir evlilik ilə nəticələndi və onu ailədən daha da uzaqlaşdırdı. 1787-ci ildə onların atası Leopold vəfat etdi və iki qardaş Motsartın 1791-ci ildə gözlənilmədən ölümünə qədər qısa müddət ərzində yazışdılar.
Maria qardaşının musiqi irsinin bu günə qədər çatdırılmasında mühüm rol oynayıb. Volfqanqın tərcümeyi-hallarına töhfə verdi, ailə məktubları və Volfqanqın kollektiv əsərləri şəklində ilkin mənbələri təqdim etmişdir. Marianın etdiyi bütün işlər qardaşının işinin bu qədər məşhur olmasının səbəblərindən biridir.
Maria yoldaşını itirdikdən sonra Salzburqa qayıdıb musiqi müəllimi işləyib. Musiqiyə olan həvəsini başqaları ilə bölüşdü.

Bu gün yaxşı tanınmasa da, Maria tarixdə tanınan ilk qadın pianoçulardan biridir. 1829-cu ildə yetmiş səkkiz yaşında vəfat etdi.
İstedadı və arzuları cinsinə görə bir kənara atılan Maria Anna Walburga İqnatiya Motsart üçün "Maria Anna Motsart Society Salzburg" keçmişin naməlum və tanınmış qadın bəstəkarlarının əsərlərini araşdırmaq, nəşr etmək və şərh etmək, eləcə də onların qəbulunu təşviq etmək üçün yaradıb.
Mənbə: Onedio
Tərcümə etdi: Xədicə Qiyas
