Bu gün:

Azərbaycanda baytar klinikalarının vəziyyəti- "1 sual 1 cavab"


24media.az-ın budəfəki qonağı 2015-ci ildən veterinar kimi işləyən Rəşad İsmayılovdur. O, Azərbaycanda baytarların və klinikaların mövcud durumundan danışıb.

-Azərbaycanda baytarların və heyvan klinikalarının mövcud vəziyyəti necədir? 

Bölgələrdə baytar klinika ancaq Gəncə şəhərində var. Başqa bölgələrdə klinika yoxdur. Əgər fərdi həkimlər çağırılarsa, gedirlər. Onlar da ancaq iynə-dərman edə bilirlər. Sistem edə bilən həkim belə bölgələrdə, demək olar ki, yoxdur. Bakıda bu gün kifayət qədər baytar klinika və normal baytarlar var. Regionla müqayisədə bir az geridə olsa da, son illərdəki inkişaf tempinə baxarsaq, yaxın illərdə daha çox inkişaf edə biləcək. Qiymətlərə gəldikdə, fikrimcə, normal işləyən klinikalarda qiymətlər yüksək deyil. Tibbi ləvazimatların qiymətlərindən çox olmaması bizi daha çox narahat edir. Tibbi ləvazimatların sayının artması üçün məhdud sayda istifadə olunan, tələbat az olan tibbi ləvazimat dərman preparatları, çox yüksək olan lisenziya qeydiyyat analiz xərcləri vergidən ya azad oluna bilər, ya da bəzi güzəştlər edilə bilər.

24.media.az xatırladır ki, özəl baytarlıq xidmətinə keçid prosesinə Azərbaycan Respublikasının Prezidentininin 22 aprel 2020-ci il tarixli “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 998 nömrəli Fərmanı ilə start verilib. Prosses bu gün mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar  həkimini əhatə edir. Özəl xidmətə keçiddən sonra profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan  tədbirləri (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) baytar həkimlər əmək müqaviləsi ilə yox, xidməti  müqavilə və  təsdiq edilmiş preyskurant əsasında həyata keçirəcəklər.

Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et