Sevimli dostlarımız pişiklərə hər nə qədər sevsək də, bəzən onları məmnun etmək və özümüzü sevdirmək olduqca çətin ola bilər. Evdəki ya da küçədəki bir pişiyə necə yaxınlaşmalı olduğunu bu yazıda öyrənə bilərsiniz.

1. İlk adımı pişiyin atmasına icazə verin
Pişikləri görəndə onları birbaşa tumarlamaq istəyirsiniz, amma İsveçredə edilən iki araşdırmaya əsasən, ən yaxşı ilk yaxınlaşma hərəkəti pişiyin etməsinə icazə verməkdir. İsveçrədə pişiklərin olduğu bir evde aparılan bir araşdırmada insanlar gözlədiklərində və başqa bir şeyə fokuslandıqlarında pişiyin yaxımlaşması daha yüksək olduğunu və insanlar onu sevəndə də pişikləri çəkmək daha aşağı olduğunu göstərdi. Bu, pişiklərin pişik allergiyası olan insanlara niyə yaxınlaşdığını da açıqlayır, çünki allergiyalı insanlar, əsasən, onları tumarlamamağa çalışırlar. Eyni zamanda, 1991-də aparılan daha köhnə bir çalışma pişik həm fəaliyyəti başladanda, həm də nə zaman bitəcəyinə qərar verəndə əlaqənin daha uzun çəkdiyi və daha uğurlu olduğunu göstərmişdi.
2. Pişiklərin bir-birini salamladığı kimi onlara yaxınlaşın
Bir-biri ilə dost olan pişiklər bir-birilərini burun-buruna salamlayırlar. Siz də barmağınızı pişiyin burnuna gətirərək bu davranışı təqlid edə bilərsiniz. Ayaqüstə durmayın, sadəcə pişiyin üzərinə yüngülcə əyilin və əlinizi yavaşca uzadın. Bir çox pişik gəlib barmağınızı iyləyəcək və hətta barmağınıza sürtünəcək. Bu salamlaşdığınız mənasına gəlir.

3. Xoşladıqları hissələrini oxşayın
Pişiklər toxunmağa qarşı çox hassasdırlar və xüsusilə, bəzi yerlərindən oxşanmağı daha çox sevirlər. Təbii ki, hər heyvan bir deyil, ancaq bir pişiklə tanış olarkən buna diqqət etmek faydalı olacaq.

4. Əgər oxşayarkən neqativ bir geridönüş alsanız, üstünə getməyin və pişiyə zaman verin
Bir pişiyin davranışlarınızdan xoşuna gəlmədiyinə dair bir çox işarələr var. Qulaqlarını düzləşdirmək və ya əlinizə baxmaq sinyallardan bəziləri ola bilər. Bu sinyallardan birini görəndə pişiyinizi geri çəkməlisiniz.
5. Çox yedizdirməkdən qaçının
Bir çox insanlar yemək verəndə pişiyinin onu sevəcəyinə və verməyəndə də nifrət edəcəyini düşünür, ancaq Cornell Universitetindən obez pişikgillər üzərində 2016-cı ildə edilən bir çalışmada bunun tərsinin doğru olduğunu sübut etdi.
6. Bol-bol oyun oynayın
Pişiklərin bir sıra davranış problemləri can sıxıntısından və rutin oyun zamanının olmaması ilə əlaqəlidir, çünki insanlar pişiklərin enerjisini çıxarmağa ehtiyacı var.

7. Pişiyinizi çölə buraxmayın
İtaliyada aparılan və 2013-də yayımlanan bir araşdırmada əksərən içəridə qalan pişiklərin sahibləri ilə istədiyi zaman çölə çıxa bilən pişiklərə görə daha əlaqəli olduqlarını göstərdi. Evdə qalan pişiklər öz sahinləri kimi gündüz aktiv, gecə isə daha az aktiv olurlar.
8. Pişiyinizi bala ikən sosiallaşdırın
Birdən çox çalışma insanlar tərəfindən gündə sadəcə bir neçə dəqiqə pozitiv şəkildə məşğul olmaq, bala pişiyin daha dostcanlısı və insanlara qarşı daha güvənilən olduğunu göstərir. Bala pişikləri sosialldırmaq üçün isə ideal yaş 2-9 həftəlik olduqları zamandır.
9. Sahiblənərkən pişiyin xasiyyətini nəzərə alın
Daha yaşlı bir heyvan sahiblənmək istəyirsinizsə, öncə onu tanımaq üçün bir az zaman ayırmalısınız, çünki yetişkin pişik sahiblənənlər bir heyvanı qalıcı olaraq evə gətirmə qərarlarında xasiyyətini böyük bir rol oynadığını və yeni dostlarından məmnun olduğunu bildirməkdir. Bütün pişiklər cavan ikən yaxşı sosiallaşmırlar, bu səbəbdən bir pişiyin necə əlaqələrdə problem yaşamadıqları barəsində öz qaydaları ola bilər.
10. Öz davranışlarınıza fikir verin
Öz hərəkətlərinizə necə reaksiya verdikləri barəsində səbirli və obyektiv bir yanaşma göstərin. Pişiyin bədən dilini yaxşı başa düşməlisiniz, çünki göz qırpmaq kimi kiçik bir şey məmnunluq əlaməti ola bilər, qulaqların tərpətməsi isə qəzəbdən xəbər verə bilər. Ancaq ipuclarını öyrəndikcə özünüzü onların necə hiss etdiyinə daha çox uyğunlaşacaqsınız və davranışınızı buna uyğun tənzimləsəniz, tezliklə bir pişiyin etibarını qazandığınızı görə bilərsiniz.
Mənbə: Onedio
Tərcümə etdi: Xədicə Qiyas
