Bu gün:

Misir tanrıları və onların simvolları


Qədim Misir eramızdan əvvəl 3000-ci ildən 30-cu ilə qədər Nil çayı vadisində mövcud olmuş bir sivilizasiyadır. Hamımızın bildiyi kimi bu sivilizasiya piramidalar, məbədlər, heykəllər, heroqliflər və mumiyalar kimi unikal mədəniyyət nümunələri ilə tanınır. Qədim Misir cəmiyyəti fironların rəhbərliyi altında iyerarxiyaya malik olmaqla yanaşı, din, incəsənət, elm kimi sahələrdə mühüm nailiyyətlər əldə etdilər.


Günəş və İşıq Tanrısı Ra - Ra Misir mifologiyasında günəş tanrısı hesab olunur. Ra insan başı və günəş diski ilə təsvir edilmiş simvollarla ifadə edilir. Ra yaradıcı və həyat verən gücə malik tanrılardan biri hesab olunurdu.


Məhsuldarlıq və zənginlik tanrısı Osiris- Osiris qədim Misir mifologiyasında ölümdən sonrakı həyatın simvolu kimi ən önəmli mövqeyə malik olan mühüm tanrılardan biridir. Misir xalqı ona həyat verən su, əkinçilik və sərvət mənbəyi olan məhsuldarlıq tanrısı kimi hörmət edirdilər. Osiris adətən yaşıl dəri rəngli təsvir edilir və tac, qoç buynuzu və Nil çayının bitkiləri kimi simvollarla əlaqələndirilir. Bəzi təsvirlərdə mumiyalanmış cəsəd kimi göstərilir. Osirisin mumiyalanmış cəsədi qədim Misirdə mumiyalama ənənələrinin əsasını təşkil etdiyi üçün mədəniyyət və inancın mühüm simvoludur.


Göy Tanrısı Horus- Horus qədim Misir mifologiyasında müharibə, ov və günəş tanrısıdır. Horus tez-tez şahin simvolu kimi təsvir olunur və buna görə də "göy şahin" kimi də tanınır. Horus mifoloji hekayələrdə mühüm yer tutur və atası Osirisin öldürülməsi, qardaşı Set ilə mübarizəsi bu hekayələrdə təsvir edilmişdir. Horus Osirisin qisasını almaq və onun səltənətini xilas etmək üçün mübarizə aparmağa başladı. Horus Set ilə mübarizədə qələbə qazanır və Misir taxtını ələ keçirir. Bu səbəbdən Horus kralların qoruyucusu və siyasi hakimiyyətin simvolu da hesab olunur.

Xaos tanrısı Set- Set qədim Misir mifologiyasında xaos, tufan, müharibə, ovçuluq və üzüm bağları kimi sahələrin tanrısı hesab olunurdu. Set tez-tez uzun burunlu və əyri qulaqları olan insan fiquru kimi təsvir olunur. Başında bəzən heyvan başlı bir fiqur kiçi təsvir edilir. Qoç, eşşək və ya yarasa kimi heyvanlar simvolizə edən Set təsvirlərdir. Set mifologiya hekayələrində Horusun düşməni kimi təsvir edilmişdir. Bəzi Misir mənbələrində isə Set Osirisi öldürməkdə günahlandırılır. Bununla belə, Set kral gücünün qoruyucusu hesab olunurdu və müqəddəs tanrı kimi hörmətlə qarşılanırdı.

Doğum ilahəsi Hathor- Hathor qədim Misir mifologiyasında doğum, məhsuldarlıq, sevgi, rəqs və musiqi kimi mövzularla əlaqəli bir ilahə kimi tanınır. O, həm də ölülərin qoruyucusu da sayılırdı. Hathor Ranın qızı, Horusun anası və Osirisin arvadı kimi qeyd edilmişdir. Hathor tez-tez insan başlı bir inək kimi təsvir olunur. Bəzi hissələrdə inək başlı qadın və ya sadəcə qadın kimi də təsvir edilmişdir. İnəyi məhsuldarlıq simvolu hesab edilməsi Hathorun məhsuldarlıq və doğuş ilahəsi olması ilə əlaqələndirilir. 


Müdriklik tanrısı Tot - Thoth qədim Misir mifologiyasında bilik, yazı, hikmət və sehr tanrısıdır. O, insan şəklində təsvir edilməklə yanaşı, ibis quş papağı, çəkmə ayaqqabıları, qələm və papirus kötükləri ilə təmsil olunur. Thoth həm də bir çox elmi kəşflərin tanrısı da hesab olunur. Thoth, həmçinin Misir mifologiyasında sehrlə də əlaqələndirilir. Bəzi mənbələrə görə, Thoth sehr öyrənmək istəyən insanlara kömək edir və onlara düsturlar öyrədirdi. Bundan əlavə, Thoth astronomiya və riyaziyyat sahəsində böyük biliyə sahib idi.


Mumiyalaşdırma və Ölüm Tanrısı Anubis- Anubis qədim Misir mifologiyasında ölüm və ölümdən sonrakı həyatı təmsil edən tanrıdır. Anubis eyni zamanda, ölülərin sağlıqlarında elədikləri yaxşı və pis əməllərinin hesabını verən “lələk çəkisi” mərasimində də iştirak edirdi. Anubis çaqqal başlı insan və ya tam çaqqal kimi təsvir olunur. Çünki qədim misirlilər çaqqalları axirətin mühafizəçisi hesab edirdilər. Anubisin simvolu olan çaqqal başlı insan təsviri Misir incəsənətində tez-tez istifadə olunurdu.

Mənbə: Onedio.com

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et