Bu gün:

İşıqda yatmağın hansı fəsadları var?


İşıqlı otaqda yatmaq təkcə yuxunun keyfiyyətini aşağı salmır. Eyni zamanda,  hələ bilmədiyimiz çoxlu zərərləri var. 

Yəqin ki, hamımız uşaq vaxtı işığı yandırıb yuxuya getdiyimizi xatırlayırıq. Adətən qorxduğumuz zaman işığı yandırıb yatmaq özümüzü daha təhlükəsiz hiss etdirirdi. Amma məlum oldu ki, əsl təhlükə bütün bu müddət ərzində işıqlarda gizlənib.

1. Reproduktiv sağlamlığınıza zərər verə bilər

Aparılan araşdırma nəticəsində məlum olub ki, gecələr süni işığa məruz qalmaq sonsuzluq riskini artırır. Həmçinin ritmlərin (bədənin daxili saatı) qadınlarda reproduktiv prosesin vaxtına təsir etdiyi güman edilir.

2. Ürəkdə problemlər yarada bilər

Melatonin bədən istiliyini aşağı salmaqla yanaşı, qan təzyiqini də aşağı salır. Gecələr işığa məruz qalsanız, melatonin istehsalınız təsirlənir. Nəticədə qan təzyiqiniz yüksəlir. Daimi təsirlər, öz növbəsində, ürək xəstəliyi və insult riskini artıra bilər.

3. Kilo ala bilərsiniz

Gecələr həddindən artıq işıq qəbulu maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Bundan əlavə, yuxu və ritmlərin pozulması da piylənməyə kömək edə bilər. Aparılan araşdırma 43.000-dən çox qadının televizor qarşısında yatarkən kökəldiyini üzə çıxarıb.

4. Hormonal dəyişikliklərə səbəb ola bilər

Hətta tək bir işıq mənbəyi hormonal balansı dəyişə bilər. Smartfonlardan, televizorlardan və ya kompüterlərdən gələn işıq melatonin çatışmazlığına səbəb olur. İlk təsirlənən melatonin olur. Bundan əlavə, digər bioloji proseslər pozulur. Stabil olmayan yuxu qocalma hormonlarını artırır.

5. Depressiyadan əziyyət çəkə bilərsiniz

Bir araşdırma göstərdi ki, gecələr işığa məruz qalmaq depressiya riskini artırır. Əlavə olaraq, bioloji ritmin pozulması artıq mövcud depressiya əlamətlərini pisləşdirə bilər. Maraqlıdır ki, qırmızı işığın daha az zərərli təsiri var, çünki qırmızı dalğa uzunluqlarına qarşı daha az həssasıq.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş