Bu gün:

Limonun zərərləri və faydaları


Hər kəs tərəfindən limon C vitamini mənbəyi olaraq bilinən meyvədir. Limonun lətində limon turşusu var ki, bu da meyvənin əsasını təşkil edir. Qabığı isə flavonoidlər, efir yağları, pektin birləşmələr, qida lifləri ilə zəngindir.

Təbii ki, bu maddələr əsasən meyvə lətində toplaşır. Limonun tərkibində bir çox vitaminlər var. Onlar arasında foli və C vitamini, pantoten turşusu, D vitamini, tokoferol, tiamin, retionl, piridoksin, riboflavin, PP vitaminləri xüsusi yer tutur.

Limonun faydaları:

-C vitamini ilə zəngin olan limon təbii antibiotikdir

-Tənəffüs yolu xəstəliklərinə xeyirlidir

-Bədən müqavimətini artıraraq immuniteti gücləndirir

-Şiş əmələ gəlməsi və xərçəng riskini azaldır

-Tərkibindəki kalium hüceyrələrin düzgün işləməsini təmin edir

-Limon qabığı antiseptik xüsusiyyətlərə malikdir

-Qaraciyəri sağlam saxlamağa kömək edir

-Saç sağlamlığını qoruyur. Kəpək və yağlanma problemi olanlar üçün həll yolu olaraq maska şəklində istifadə etmək faydalıdır

-Dəri problemlərinə yaxşı təsir edir

-İltihab əleyhinə xüsusiyyətlərə malikdir

-Mədəni rahatladır

-İşemik insult riskini azaldır

-Hesperidin antioksidan xüsusiyyətlərə malikdir

-Sərbəst radikallarla mübarizə aparan limon müntəzəm yeyildikdə mədə, dəri, mədəaltı vəzi və ağciyər xərçənginin qarşısını alır

Limonun zərərləri:

-Mədə xəstəlikləri olanlar tərəfindən qəbul edilməsi tövsiyə edilmir

-Reflüks və xora kimi xəstəlikləri olanların limon yeməsi uyğun görülmür

-Tərkibində turşu olduğu üçün həddindən artıq yeyilməsi diş və diş ətinə zərər verə bilər

-Allergik bir bədənə sahibsinizsə, yeməzdən əvvəl diqqətli olmalısınız

-Böyrək və öd kisəsi problemi olanlara tövsiyə edilmir

-Limon xlorikinin səviyyəsini aşağı saldığı üçün malyariyadan müalicə alanlar qəbul etməməlidir

Beləcə, bütün zəngin tərkibi və müxtəlif faydalı xüsusiyyətləri ilə yanaşı, limonu ehtiyatla və qaydalara uyğun qəbul etmək lazımdır.


Mənbə:Habertürk

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et