Bu gün:

Səhər günəşinin müalicəvi təsiri


Elmə görə səhər günəşi həm zehni, həm də fiziki cəhətdən sağalmağa kömək edir.

Ekranlardan gələn mavi işıqlar melatonin səviyyəsini boğaraq gecə yatmağı çətinləşdirir. Ancaq günəş işığı bizə təbiətlə və özümüzlə harmoniyada olmağa kömək edə bilər. Günəş təkcə fiziki mənliyimizi qidalandırmır, həm də ruhu cavanlaşdırır. Hər səhər bir neçə dəqiqə təmiz hava alaraq sağlamlığımızı yaxşılaşdırmağın bir neçə yolu...

1. Səhər açıq havada olmaq yuxu keyfiyyətini artırır

Ağıl və bədənimiz səhər günəş işığından çox faydalanır. Gözlərin iki milyondan çox "işçi" hissəsi var və onu  qorumaq üçün günəş işığına ehtiyacı var. Səhər günəş işığı gözə daxil olduqda bədənə çox vacib məlumatlar göndərir. Məsələn, günəş işığı zəngli saat rolunu oynayır, hipofiz vəzinə oyanmaq vaxtının gəldiyini bildirir. Hipofiz vəzi kortizol və serotonin ifraz etməklə cavab verir, hər ikisi bədəninizi həmin günə hazırlayır. Əlavə olaraq, gecə bərpaedici yuxu almağımıza kömək edir. Dr. Yakob Libermanın fikrincə, bədənimizdəki hər hüceyrənin düzgün işləməsi enerji mənbəyi kimi işıqdan asılıdır. 

2. Səhər günəş işığı almaq əhval-ruhiyyənin yaxşılaşmasına səbəb olur

Gün işığına çıxmaq serotonin istehsalını artıraraq depressiyanın qarşısını almağa kömək edir. Bir çox həkimlər mövsümi depressiyadan əziyyət çəkən insanlara və çox günəş işığı almayan, soyuq iqlimlərdə yaşayanlara işıq qutuları adlanan parlaq işıqları məsləhət görürlər. Bunu bir növ terapiya adlandırırlar. Ancaq işıq qutuları günəş işığı ilə müqayisə edilə bilməz.

3. Səhər günəş işığına məruz qalmaq fiziki sağlamlığı yaxşılaşdırır

Tədqiqatlar sübut edir ki, günəş işığı almayanlarda miopiya və ya yaxındangörmə riski arta bilər. Qapalı işıq təbii günəş işığından qat-qat zəifdir və biz tez-tez saatlarla ekranlara və ya kitablara baxırıq. Gözlərimiz uzun müddət tək bir obyektə baxmamalıdır. Bunun əvəzinə gün ərzində ətrafımızı uzaqdan araşdırmalıyıq. Günəş işığı bədəndə ağ qan hüceyrələrini artırır, infeksiyaların və bakteriyaların qarşısını alır. Həmçinin günəş işığı ürək sağlamlığını yaxşılaşdıra bilər. İşığa məruz qalmaq kolorektal, prostat vəzi, döş xərçəngi və lenfoma kimi bəzi xərçəng növlərinin riskini azalda bilir.

4. Səhər günəşi arıqlamağa kömək edir

Bir araşdırmada səhər günəş işığına məruz qalan insanların daha az kilolu olduğu aşkarlanıb. Üç həftə ərzində ən azı 45 dəqiqə səhər işığına məruz qalmaq bədən yağının və iştahın azalmasına səbəb olur.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et