Dərmanların hazırlanmasında istifadə edilən sarıkök bitkisi artrit və artroz kimi xəstəliklərin müalicəsində istifadə edilir. İltihab əleyhinə ağrı kəsici və yüngülləşdirici xüsusiyyətlərə malik olan sarıkök qərb təbabətində də müalicə zamanı istifadə olunur. Həzm və qaraciyər xəstəliklərində, dəri infeksiyaları və qıcıqlanmalar, artrit müalicəsində, sümük xəstəliklərində istifadə edilən sarıkök bol miqdarda qəbul edilməlidir. Neyrocərrahiyyə mütəxəssisi olan Op.Dr. Kerem Bıkmaz mövzu ilə bağlı məlumat verib.

Artrit və osteoartritdə, ağrılar üçün istifadə edilən müalicələr zamanı həkimlər tərəfindən sübut edilərək həzmsizlik və ishal, eləcə də crohn və xoralı kolit kimi iltihablı bağırsaq xəstəlikləri üçün sarıkökdən istifadə edilir.
Yaponiyada aparılan araşdırmalara görə, xüsusilə, idmançılarda məşqlərdən sonra yaranan əzələ ağrıların sarıkök əlavələri ilə azaltmaq mümkündür.
Zədələnmələrə səbəb ola bilən əzələlərdə ağrıların səbəblərindən biri olan kreatin kinazın (CK) miqdarını tarazlıqda saxlayıb ağrıları, iltihabı azaldır və zədələnmə riskini minimuma endirir.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
