
Mütəxəssislər araşdırmalar zamanı duzdan çox istifadə edən insanların ortaq dörd əlamətini aşkar ediblər.
Gündəlik həyatda müəyyən miqdarda duzdan istifadə etmək çox vacibdir. İngiltərənin Milli Səhiyyə Xidməti böyüklərin gündə bir çay qaşığı (6 qram) duzdan çox istifadə etməməsini tövsiyə edir.
Qidalanma mütəxəssisi Pipa Hill,- "Duz ləzzət üçün deyil, yemək üçün lazımlı bir tələbdir."- deyir. Natrium xlorid kimi də tanınan xörək duzunun tərkibində təxminən 40% natrium var. Gəlin çox duz qəbul edən insanların 4 ortaq əlaməit ilə tanış olaq.
1. Baş ağrısı
Həddindən artıq duz qəbulu nəticəsində yaranan susuzluq şiddətli baş ağrılarına səbəb ola bilər. Hill bildirir ki, problemin həll yolu çoxlu su içməkdir.
2. Əllər və ayaqlarda olan şişkinlik
Barmaqların, topuqların və ya ayaqların şişməsi xəbərdarlıqdır. Araşdırmalar həddindən artıq duz istifadəsinin bədəndə natriumun saxlanmasına səbəb olduğunu aşkar edib. Əgər uzun müddət şişkinlikdən əziyyət çəkirsinizsə, həkimə müraciət etmək daha yaxşıdır. Çünki bu, daha ciddi sağlamlıq problemi ola bilər.
3. Yüksək qan təzyiqi
Hill bildirib ki, duz yüksək təzyiqin ən böyük səbəbidir. Cəmi 30 dəqiqə ərzində böyük miqdarda duz yemək qan damarlarında reaksiyaya səbəb olacaq."Hipertansiyon" olaraq da adlandırılan yüksək qan təzyiqi müalicə edilmədikdə infarkt və insult kimi ciddi problemlər yarada bilər.
4. Tez-tez sidiyə getmə
Həddindən artıq susuzluq təbii olaraq maye qəbulunun artmasına səbəb olur. Bədən bol su içmək lazım olduğuna dair siqnal göndərir və yığılan artıq duzu çıxarmağı hədəfləyir. Bu siqnal poliuriya kimi digər xəstəliklərin də əlaməti ola bilər. Hər bir halda tibbi müayinədən keçmək lazımdır.
Mənbə: Sözcü
Tərcümə etdi: Samirə İsmayılova
