Bu gün:

Vampirlər haqqında heç yerdə eşitmədiyiniz faktlar


Ədəbiyyatdan kinoya, tarixin tozlu səhifələrindən tutmuş müasir araşdırmalara qədər vampirlər hələ də çoxlarımıza məlum deyil. Ekranlarda görməyə adət etdiyimiz vampirlər haqqında nə qədər məlumatımız var? 

"Vampir" anlayışını ilk dəfə babillilər təqdim etdilər. Şər simvolu sayılan vampirlər haqqında ilk qeydlər Babil yazılarından əldə edilmişdir. Ölümdən sonra diriləcəyinə inanılan vampirlərlə bağlı əfsanələr orta əsrlərdə daha çox yayılıb. Gecə olduğu kimi gündüzləri də ova çıxıblar və məşhur inancın əksinə olaraq işıqdan təsirlənməyiblər. 

Ən qədim vampir sümükləri Praqada tapılıb. İki şey insanın vampir olduğunu söyləyə bilər. Birincisi, insanlardan fərqli bir yerdə dəfn olunmaqla, ikincisi isə qəbrini daşla doldurmaqla. Tunc dövrünə aid olduğu bilinən skelet bütün digər cəsədlər basdırıldığı kimi tərsinə basdırılmış və məzarı iri daşlarla doldurulmuşdur.

Öldükdən sonra şişmiş və ya qırmızı rəngdə idilər. Qanla qidalanan insanlarda qaz əmələ gətirən bakteriyalar çoxdur. Ölümdən sonra bu bakteriyalar insanların damarlarında çoxalaraq meyitin şişməsinə səbəb olur. Bu bakteriyaların çoxluğuna görə vampir cəsədləri adi bir cəsədlə müqayisədə çox şişərdi. Bu şişlik damarlarda olduğu üçün vampirlərin damarları partlayar və bədənləri qırmızı olardı.

Yer üzünə qayıtmasınlar deyə üzüaşağı basdırdılar. Orta əsrlərə aid sənədlərə görə, vampirləri böyük bir quyuda basdırırdılar. Bəxti gətirmədiyi üçün sol böyrü üstə qoyulan meyitlərin başına və sinəsinə iki iri daş düzülüb. Digər ölkələrdə üzü aşağı basdırılmış vampirlərin məzarları da tapılıb. Kitablara görə, insanlar yerdən çıxacaqlarından qorxduqları üçün vampirləri üzü aşağı basdırardılar. Beləliklə, vampir nə qədər torpağı qazsa, bir o qədər də yerin dibinə gedəcək və oradan da cəhənnəmə yollanacaqdı.

Xortdanlar eksqumasiya edilib, sonra bədənlərini deşiblər. Vampir olduğundan şübhələnən şəxs bir müddət sonra eksqumasiya ediləcəkdi. Şişmiş vampirlərin çiyinlərinə, ayaqlarına və digər oynaqlarına bir deşik açıldı. Qaz sanki bu dəlikdən kimsə qışqırırmış kimi səslə bədəndən çıxacaqdı. Bu səs “Vampirin qışqırtısı” adlanırdı. 

Vampirlər sağ ikən çürüyürdülər

Vampirlər qanla qidalandıqlarına görə gözlərinin altı və bədəninin bəzi hissələri göyərirdi. Ona görə də həmişə qara paltar geyinərdilər. Çünki üzə çıxanda öldürüləcəklərini çox yaxşı bilirdilər və hərdən insanların daxili orqanlarını yeyib sağalmağa çalışırdılar.

Drakula filmi bu gün vampirlər anlayışının bu qədər məşhur olmasının ən böyük səbəblərindən biridir. Qara və ağ rəngdə olan bu köhnə film bütün vampir əfsanələrini özündə birləşdirən sintezin məhsuludur.

Vampirlər hələ də aramızda ola bilər

Akademik Williams kimi peşəkarlar razılaşırlar ki, vampirlər hələ də bizimlə birlikdə yaşayır və küçələrdə gəzirlər. Ayinlərin keçirildiyi yerlər olsa da, bu ritualı icra edən insanlar haqqında zərrə qədər məlumat belə yoxdur.

Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et