Yay-qışdan asılı olmayaraq süfrələri bəzəyən məhsulların ən çox bənzədikləri orqanlara faydalı olduğu iddia edilir.
Kivi
Dilimlənmiş kivi göz bəbəklərinə bənzəyir. Kivi antioksidantlarla (E və C vitaminləri) və karotenoidlərlə (beta karoten, lutein) zəngindir. Lutein yaşla bağlı görmə pozğunluqlarının qarşısının alınmasında mühüm rol oynayır.
Pomidor
Pomidor da, ürək də qırmızıdır. Pomidorda ürək xəstəliklərinin qarşısını alan likopen var.
Nar
Nar dənələri qan hüceyrələrinə bənzəyir və ürək sağlamlığı üçün əhəmiyyətli bir antioksidantdır.
Üzüm
Salxım şəklində asılmış üzümlər də ürək şəklində görünür. Hər bir üzüm giləmeyvəsi ürəkdə olan qan hüceyrələrini təmsil edir. Qan qurucu kimi tanınan bu qida ürək üçün faydalıdır.
Qoz
Formasına görə beynin loblarına bənzəyən qoz yüksək səviyyədə omeqa-3 yağları və bir çox vitamin və mineralları ehtiva edir.
Badımcan, avokado, armud
Badımcan, avokado və armud ikiyə bölündükdə ana bətninə bənzər forma verdiyi üçün hamiləlikdə yeyilməsi çox faydalıdır.
Zeytun
Zeytun və dişi yumurtalıqlar forma baxımından oxşar olduğu üçün zeytunun yumurtalıqların sağlamlıq və faəliyyətində mühüm rol var.
Soğan, Sitrus meyvələri, Brüssel kələmi, Brokoli
Soğanların bədən hüceyrələrinə bənzədiyini bildirən Tayar belə bildirib: "Soğan sərbəst radikalları neytrallaşdıran və hüceyrələrin zədələnməsinin qarşısını alan vacib antioksidant mənbəyidir. Taxıl meyvələri və sitrus meyvələri süd vəzisinə bənzəyir. Sitrus meyvələrinin tərkibində flavonoidlər və limonen var. Bunlar süd vəzilərində limfa hüceyrələrinin hərəkətini tənzimləyir. Brüssel kələmi və brokkoli xərçəng hüceyrələrinə bənzəyir. Brüssel lif, C vitamini, betakaroten (vitamin A) və azotla zəngindir. Bunlar xərçəng riskinin qarşısını alır. Brokoli xərçəngə qarşı da yaxşıdır".
Mənbə: CNN
Tərcümə etdi: Fidan Əlizadə
